Şənbə , May 21 2022
Ana səhifə / Cəmiyyət / 48 və 2 saylı notariuslar vətəndaşın BAŞINA OYUN AÇDILAR… – TƏFƏRRÜAT

48 və 2 saylı notariuslar vətəndaşın BAŞINA OYUN AÇDILAR… – TƏFƏRRÜAT

“Məlum edirəm ki, mən Əzimova Elza Tələt qızı Əliyev Fariz Mikayıl oğlu ilə 2000-ci ildən 2013-cü ilədək birgə nikah münasibətlərində olmuşam.Birgə nikah dövründə bağ evi tikmişik. Birgə nikah münasibətlərimizə xitam verildikdən sonra həmin bağ sahəsinin yeganə övladımızın gələcəyi və təhsili üçün saxlanılması və lazım olacağı təqdirdə satılacağı barədə razılaşdığımız üçün bağ evi bizim aramızda birgə mülkiyyət kimi bölünməmişdir.2018-ci il tarixdə övladımızın xaricdə təhsil alması üçün gələcəkdə kifayət qədər vəsait lazım olacağını fikirləşib keçmiş həyat yoldaşım Fariz Əliyevə həmin bağ sahəsini satıb pulu bölüşdürməyi təklif etdim,lakin Fariz təklifi eşidərkən neçə il olar ki,məni aldatdığını və həmin bağın hazırda özünə və ya bizə məxsus olmadığını bildirmişdir.Sonradan mənə məlum oldu ki,əslində o, 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu ilə əlbir olaraq mənim adımdan həmin evin ipotekaya qoyulmasına razı olmağımla bağlı saxta ərizə tərtib edib, notarius isə guya mənim notariat kontoruna gəlməyimlə bu razılığı verməyimə dair notariat hərəkətini rəsmiləşdirərək,yəni notariat hərəkətlərinin reyestrinə bilə-bilə saxta məlumatlar daxil edərək mənim həmin ev üzərində mülkiyyət hüququmdan məhrum edilməyimlə nəticələnən cinayətkar hərəkətlərə yol vermişdir”.

Bu barədə Prezidentə müraciətində Əzimova Elza Tələt qızı bildirir.

Müraciətdə daha sonra deyilir: “Bu ev əvvəlcə “Bank Avrasiyaya”,daha sonra isə həmin bankdakı sənədlər və yenə də mənim adımdan saxtalaşdırılaraq 48 saylı notariat kontorunun notariusu S.Hüseynov tərəfindən təsdiq olunmuş ərizə əsasında “BANK STANDARDa” sonrakı ipotekaya qoyulmuş, ipoteka ilə təmin olunmuş öhdəlik icra edilməmiş və mən mülkiyyətimdən məhrum olmuşam.

Belə ki, mən bağ evimin ipotekaya qoyulması ilə bağlı heç bir notariusda,ümumiyyətlə notarial qaydada razılıq verməmişəm.Mənim imzam 48 saylı notariat kontorunda saxtalaşdırılmışdır və mənim adımdan hazırlanmış razılıq ərizəsi əsasında həmin bağ evi “Bank Avrasiya”ya ipotekaya qoyulmuşdur. Mənim əsl imzam iki dəfə ekspertizadan keçib. Ekspertiza rəynən subüt etmişəm ki, saxta ərizədə imza – keçmiş ərim Fariz Əliyevindir. Halbuki mən ona mənim adımdan notariyat ofislərində iştirak etmək üçün Etibarnamə verməmişəm.

Bu onu görsədir ki, 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynov notariat hərəkətlərini aprarkən nöqsana yol verərək, bilə-bilə bilavasitə sənədləri saxtalaşdıraraq mənim hüquqlarıma mühüm zərər vurmuşdur.Belə ki,48 saylı Notariusun notariat kitabının, Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat bölməsində vətandaşın şəxsiyyətini təsdiq edən sənədin nömrəsi qondarma seriya nömrəsi olmuş, bu vəsiqə ümumiyyətlə mənə aid olmamış və həmin kitabda qeyd olunan şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yeddi rəqəmdən ibarət.Bu seriya nömrəsi Hüseynov Səadət tərəfindən uydurma bir nömrə olmuş və hal-hazırda da elə bir seriya nömrəsi heç bir şəxsiyyət vəsiqəsində mövcud deyildir. Yəni 48 saylı notariusu Səadər Hüseynov hökümət notariusunda rüşvət götürərək, tamamilə özbaşınalıq edir, və heç bir qanundan qorxmur, cəzadan qorxmur, kimin sə dəstəyinə, köməyinə arxalanır.

Bundan başqa “BANK STANDARDa” ilə bağlanmış ipoteka müqaviləsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir.Belə ki, sonrakı ipoteka müqavilələri Abşeron rayonu 2 saylı notariat kontorun rəhbəri Gunay Məsimova tərəfindən təsdiqlənərkən mənim yəni,Əzimova Elza Tələt qızının ərizəsi, daşınmaz əmlakın təsvirinə və dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış tələb edilməmiş,yalnız yoldaşım Əliyev Fariz Mikayıl oğluna məxsus qeyd edilən əmlakın “Bank Avrasiyaya”ya ipotekaya qoyulmasına etiraz etməməm barədə 48 saylı notariat kontorunda imzamın saxtalaşdırılması yolu ilə təsdiqlənmiş ərizəyə (hansı ki,həmin ərizə “Bank Standart” bankı korporativ filialına yox, “Avrasiya” banka ipotekaya qoyulmasına etiraz etməməsinə görə tərtib olunmuşdur.), Həm də keçmiş ərim Fariz Əliyev həmin illərdə aparılmış qeyd olunan müqavilələrin tərtibi zamanı 2 dəfə şəxsiyyət vəsiqəsini dəyişdirmiş hansı ki,bunlar bank tərəfindən yoxlanılmamışdır.

Qeyd olunanlara əsasən, mən Prezident İlham Əliyevdən xahiş edirəm ki, mənim və oğlumun saxta sənədlərlə oğurlanmış evinin qaytarılmasına köməklik edsin. Evimizi vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərindən istifadə edərək, rüşvət götürərək, saxta sənədlərlə oğurlayıblar.

Açıq-aşkar görünür ki, Ədliyyə Nazirliyi cinayət törədən vəzifəli şəxslərin arxasında durub, və törədilmiş cinayət işə göz yumur. Onu da nəzərinizə çatdırım ki, 48 saylı və 2 saylı notariat kontorlarında daşınmaz əmlakın oğurlanması, sənədlərin saxtalaşdırılması -dəfələrlə baş verir. Qeyd etdiyim həmin notariat kontorların rəhbərlərin cinayət əməlləri nəticəsində xeyli insan zərər çəkib, və Ədliyyə Nazirliyin məmurları, notariuslara başçiliq edən, notariusları nazərət edən vəzifəli şəxslər tərəfindən bu halları bilə-bilə, heç bir tədbir görmür, ört-basdır edir”. DİA.az

Həmçinin oxuyun

“Parklarda qaldım, 8 il həbsdə yatdım” – Nizami Rəmzinin oğlu acınacaqlı durumda

Meyxana ustadı Nizami Rəmzinin oğlu 25 il sonra ortaya çıxıb.“Atamdan sonra anam da, bacım da …