Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / 33 gün Qarabağ meşələrində qalan erməni hərbçi azərbaycanlı zabitin köməyindən DANIŞIB – VİDEO

33 gün Qarabağ meşələrində qalan erməni hərbçi azərbaycanlı zabitin köməyindən DANIŞIB – VİDEO

Sentyabrın 20-dən etibarən 33 gün Qarabağ meşələrində qalan erməni hərbçi Rafael Akopyan Azad Avropa/Azadlıq Radiosuna müsahibəsində azərbaycanlı zabitin ona necə kömək etməsindən və Ermənistana təhlükəsiz təhvil verilməsindən danışıb.

Akopyan meşədə Azərbaycanın polis əməkdaşı tərəfindən tapıldığını bildirib:

“Bir gün səhər avtomobilin yaxınlıqda dayandığını eşitdim. Maşından bir polis zabiti düşdü. Əlimdə bıçaq var idi, mən özümü hazırladım ki, yaxınlaşsa, onu bıçaqla vurum. Həmin zabitin əlində isə oldu silah vardı, lakin o, atəş açmadı. Mənə rus dilində səsləndi ki, “sakit ol, mən sənə kömək etmək istəyirəm”. Dedi ki, intuitiv olaraq bilirdi ki, burada kiminsə köməyə ehtiyacı var”.

Erməni hərbçinin sözlərinə görə, ona rast gələn azərbaycanlı onunla yaxşı davranıb:

“O yaxşı birisi idi, mənə gəlişlərinin səbəbini izah etdi. Mən də ondan ayın tarixini soruşdum. Dedi ki, oktyabr ayının 22-sidir”.

Akopyan qeyd edib ki, adı İbrahim olan həmin zabit onu təhlükəsiz şəkildə Azərbaycan-Ermənistan sərhədində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirlərindən sonra bölgədəki separatçı liderlər təslim olduqlarını bəyan ediblər. 

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …