Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / “30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına bütün mümkün dəstəyi verdi. Savaş günlərində Türkiyənin hər yerində hər gün müxtəlif dəstək aksiyaları, yürüşlər təşkil olunurdu, tanınmış ictimai xadimlər, mədəniyyət xadimləri Azərbaycana dəstəyini ifadə edirdi. Ucqar kəndlərdən tutmuş iri şəhərlərə qədər insanlar evlərini Azərbaycan bayraqları ilə bəzəyirdilər, müharibədən zərər çəkmiş mülki şəxslərə humanitar yardım karvanları yola salınırdı.

Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək üçün apardığı bu mübarizəyə Qara dəniz musiqisinin əfsanəvi ulduğu, millətçi baxışları ilə tanınan İsmail Türüt də öz dəstəyini verib. Onun müharibənin davam etdiyi günlərdə hazırlamağa başladığı və koronavirus pandemiyası ilə əlaqədar bir qədər gecikən, nəticədə hərbi əməliyyatların Azərbaycan ordusunun qələbəsi, torpaqların işğaldan azad edilməsi ilə başa çatmasından sonra hazır olan möhtəşəm “Vur əmri” klipi bu günlərdə yayılıb. Və dinləyənlər tərəfindən böyük dəstək toplayıb.

Mahnının sözləri və musiqisi İsmail Türütün özünə aiddir, klipin aranjimanlığını Seçkin Özer həyata keçirib, rejissoru isə Yekta Özbilendir. Klipdə Qarabağda gedən müharibədən döyüş səhnələri yer alır. “Derdimizi katladıq, 30 ildir çatladıq. Əliyevdən “vur” əmri, gəlincə rajatladıq. Erməni Qarabağdan rədd olmalı, getməli, başlamışkən Qarabağ, məsələsi bitməli…”,-İsmail Türütün mahnısında belə deyilir.

İsmail Türüt deyir ki, bu klip onun qürurudur və koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verən kimi ilk işi Azərbaycana gəlmək, Azərabaycan xalqı ilə qucaqlaşmaq olacaq… Virtualaz.org

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …