Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / “30 ilə yaxındır onlar bizim üçün darıxıb ki, bu insanlar harda qaldılar…”

“30 ilə yaxındır onlar bizim üçün darıxıb ki, bu insanlar harda qaldılar…”

“Məhəmməd Əsədovun yoxluğuna inanmıram. Hələ də gözləyirəm ki, o, nə vaxtsa gələcək. Və torpağının düşmən tapdağından azad olunduğunu görəcək. Həmin günü böyük ümidlə gözləyirəm, Allahdan da hamımıza sağlamlıq arzu edirəm ki, o günü birlikdə görək. Məhəmməd Əsədovun torpaqlarımızın işğaldan azad olunmasına görə necə sevindiyinə birlikdə şahid olaq”.

Bunu Dominant.az-a Qarakənd faciəsində həlak olmuş Daxili İşlər naziri general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova deyib.

General-mayor Məhəmməd Əsədovun doğulub böyüdüyü Baharlı kəndinin, Zəngilan rayonunun br neçə gün öncə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması ilə bağlı danışan M.Əsədova təəsüratlarını da bölüşüb:
“Zəngilanın, Baharlının, Mincivanın işğaldan azad edildiyini öyrənəndə xeyli ağladım və həmin gün mənə kim zəng etdisə, onları da ağlatdım. Ancaq bu ağlamaq sevincdən idi. İllərdi həsrətlə bu günü gözləyirdik, əmin idim ki, o torpaqlar mütləq işğaldan azad ediləcək. Arzu etmişdim ki, rayonumuz, kəndimiz geri alınan kimi bütün dostlarımı, iş yoldaşlarımı yığıb ora aparacağam. İndi o arzumu gerçəkləşdirəcəyim gün yetişdi, Bəsit çayının kənarına, Şıxlıcan bulaqlarına gedəcəyimiz gün uzaqda deyil. Ev-eşiklərimiz dağıdılsa da, yəqin ki, bulaqlar öz yerindədir. 30 ilə yaxındır nəinki o torpaqlar, oranın səmasında uçan quşlar da, çaylarındakı balıqlar da, çaylarının kənarında bitən bulaqotular bizim üçün darıxıb ki, bu insanlar harda qaldılar”.

“Həsrətlə hamımız bu günü gözləyirdik. Əminəm ki, ermənilərə Zəngilanı əldən vermək çox ağır olub, çünki Zəngilanın torpağı çox qiymətlidir, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Erməni illərdir Zəngilanın təbii ərvətlərini – qızılını, uranını, misini, dəmirini daşıyırdı. Bəsit çayının kənarında yerləşən Çinarlı meşəsi Dünyada ikinci, Avropda birici yeri tutan təbii çinarlı meşə sayılırdı. Gündüz havanın temperaturu 50 dərəcə olaydı belə, həmin ağacların altı o qədər sərinlik olurdu ki, hər kəs sərinləmək, dincəlmək üçün oraya üz tuturdu. Elə möhtəşəm təbiəti olan ərazini əldən verməyi erməni yəqin ki, həzm edə bilməyəcək. Düşmənə böyük zərbə vuraraq doğulduğumuz torpaqları bizə yenidən hədiyyə edən Azərbaycanın rəşadətli Ordusu var olsun!”, – deyə M.Əsədova qeyd edib.

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …