Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / 3 nəfər başqasının yerinə imtahan vermək istədi – VİDEO

3 nəfər başqasının yerinə imtahan vermək istədi – VİDEO

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan keçirilib.

İmtahanda ciddi nöqsanlara yol verən bir neçə abituriyent aşkar edilib.

Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov bildirib ki, bu gün başqasının yerinə imtahan vermək cəhdi ilə əlaqədar 3 fakt qeydə alınıb. Belə ki, həmin şəxslər üz tanıma cihazı vasitəsilə aşkar edilərək imtahana buraxılmayıblar. 

Bundan başqa, 2 abituriyent imtahan zalında telefondan istifadə etməyə çalışıb. Onlar dərhal imtahandan xaric ediliblər. Həmçinin cavab vərəqlərini imtahan binasından çıxardığına görə 4 abituriyentin nəticələri ləğv edilib. 

Adıgözəl Həbibov DİM-in “Youtube” kanalında təşkil olunan canlı yayımda abituriyentləri maraqlandıran bir çox sualları cavablandırıb. 

Azvision.az 

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …