Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “3-4 milyard nədir ki?..” – Millət vəkili

“3-4 milyard nədir ki?..” – Millət vəkili

Manatın 21 fevral kəskin devalvasiyasından sonra milli valyuta ətrafında proqnozlar səngimək bilmir. Dövlət rəsmiləri və iqtisadçı-ekspertlər manatın taleyilə bağlı müxtəlif fikilər səsləndirirlər.

Son iddialara görə isə hökumət rəsmiləri manatın əvvəlki dayanqlılığını bərpa etmək üçün müəyyən addımlar atmaq ərəfəsindədir. Səbəb olaraq qarşıdan gələn parlament seçkiləri və əhalinin narazılığı göstərilir.

Qafqazinfo” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında manatın məzənnəsinin əvvəlki səviyyəyə qayıdacağı fikirləri barədə yayılan informasiyaların tamamilə əsassız və boş iddia olduğunu vurğulayıb. O qeyd edib ki, bu iddia doğru olsaydı, Mərkəzi Bank rəsmi açıqlama verərdi: “Rəsmi şəkildə məlumatın yoxluğu iddiaların əsassız olduğunu sübut edir. Mən hesab edirəm ki, manatı əvvəlki məzənnəsinə qaytarmaq üçün neftin qiymətində nəzərəçarpan artım olmalıdır. Əks təqdirdə isə manatın dollar qarşısında əvvəlki dayanıqlılığını bərpa etməsi mümkün olmayacaq”.

İqtisadçı-deputatın sözlərinə görə, neftin qiyməti 55-60 dollar civarında olduğu müddətdə manat əvvəlki kursuna qayıtmayacaq: “Hətta indiki halda 1$=1.05 AZN məzənnəsini saxlamaq üçün Mərkəzi Bank öz ehtiyatından istifadə edir. Ötən müddət ərzində Mərkəzi Bank və Dövlət Neft Fondu bu məsələyə müəyyən qədər vəsait sərf edib.

Nəzərə alaq ki, 21 fevral devalvasiyasından sonra manatın kursunun saxlanması üçün təkcə Mərkəzi Bank 5 milyarda yaxın vəsait sərf edib. Bu ciddi prosesdir və mən inanmıram ki, bu gedişlə manatı əvvəlki məzənnəsinə qaytarmaq mümkün olsun.

Manatın devalvasiyası bundan sonra da davam edəcək və hesab edirəm ki, 1 dollar 1manat 50 qəpik səviyyəsinə qədər bahalaşacaq”.

“Neft Fondunun xaricdəki 37 milyard dollar ehtiyatından təqribən 3-4 milyardını manatın məzənnəsini bərpa etmək üçün gətirməsi iddiaları nə dərəcədə realdır” sualına cavab olaraq iqtisadçı deputat urğulayıb ki 3-4 milyardla məsələ həll olunmur: “3-4 milyard nədir ki?! Əgər bu məbləğə bütün məsələ həll olunsaydı nə vardı ki… Mərkəzi Bankın 9 milyarda yaxın ehtiyatı vardı, belə olsaydı onda həmin məbləği sərf etməklə vəziyyətdən çıxardı.

Manat istər-istəməz bazarda öz həqiqi qiymətini tapmalıdır. Əlbəttə, hamımız istəyirik ki, manat dəyərli olsun, amma dünyada baş verən elə ciddi proseslər var ki, onların təsiri olmadan ötüşmək olmur”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın