Ana səhifə / Cəmiyyət / 28 vəzifəli şəxs məsuliyyətə cəlb edilib – Az’rbaycanda

28 vəzifəli şəxs məsuliyyətə cəlb edilib – Az’rbaycanda

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyub.

Bu barədə qurumun rəhbəri Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, korrupsiya faktları ilə bağlı məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon manatlıq maddi ziyanın təxminən 16 milyonu ödənib.

“Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub”, o bildirib.

Kamran Əliyev deyib ki, 28 nəfər vəzifəli şəxs korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin birinci yarısında vətəndaşlardan aldığı 4 minə yaxın müraciətə baxıb, “126 cinayət xarakterli materialı” araşdırıb. Bunların bəzisi ilə bağlı cinayət işi başlanıb, 28 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib, Kamran Əliyev vurğulayıb.

Kamran Əliyevin sözlərinə görə, tikinti şirkətləri ilə bağlı da qanun pozuntuları aşkar edilib. O deyib ki, hesabat dövründə mənzil tikinti sahəsi ilə bağlı cinayət işləri çoxluq təşkil edib: “Bu sahədə 18 şəxs barəsində 9 cinayət işinə baxılması üçün məhkəmələrə göndərilib”, idarə rəisi əlavə edib.

Onun sözlərinə görə, bu müddətdə bank və bank olmayan kredit təşkilatları ilə bağlı 43 şəxs barəsində 18 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib: “Ziyana gəldikdə isə mənzillərin bir neçə nəfərə satılması ilə bağlı 6 milyon 860 min manatın nağd olaraq vətəndaşlara ödənilməsi təmin edilib”.

Komitə sədrinin sözlərinə görə, hazırda onlar 117 cinayət işi üzrə istintaq aparırlar: “Onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə bağlıdır. 14-ü bank sektoru, 7-si isə qum-çınqıl və digər sahələri əhatə edir”.

Kamran Əliyev deyib ki, Göyçayda körpünün uçması faktı ilə bağlı 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib. “Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir”, o bildirib. (BBC)

Həmçinin oxuyun

Vahid Əhmədova ağır itki

Millət vəkili Vahid Əhmədovun qardaşı Ramiz Əhmədov vəfat edib. ONA xəbər verir ki, R. Əhmədov …