Çərşənbə , İyun 29 2022
Ana səhifə / Cəmiyyət / 28 Mayda əfv gözləntisi – siyahıda kimlər var?

28 Mayda əfv gözləntisi – siyahıda kimlər var?

Respublika Gününün ildönümünə bir həftə qaldı. Ümid edilir ki, bu münasibət ilə əfv sərəncamı olacaq. Bəs Əfv Məsələləri Komissiyasında müzakirələr nə yerdədir, 28 Mayda əfv olacaqmı? Olacaqsa, siyahıda tanınmışlardam kimlər var?

Millət vəkili, Əfv Məsələləri Komissiyasının üzvü

Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qurum artıq son iclaslarını keçirib, müzakirələr aparır: “Bu, Prezidentin müstəsna səlahiyyətidir. Güman edirəm ki, əlamətdar günlərin birində əfv olacaq. Lakin əfvin konkret 28 Mayda olacağı ilə bağlı bir şey deyə bilmərəm. Artıq növbəti iclasda məsələni yekunlaşdıracağıq, bundan sonra Prezident tərəfindən əfv olacaqsa ictimaiyyətə məlumat veriləcək.

Onu deyə bilərəm ki, çox sayda müraciətlər olub və hər müraciət edənin məsələsinə baxılır, ciddi müzakirələr aparılır, şəxsin bütün vəziyyəti nəzərə alınır. Əgər müraciət edən şəxsin əfv olunması qanunvericiliyə uyğundursa, humanizm prinsiplərinin həyata keçməsində faydalı olacaqsa, həbsdən azad olunduqdan sonra yenidən həbsxanaya qayıtmayacaqsa, azad olunması ilə başqa insanlara çətin vəziyyətinə şərait olmayacaqsa, onun əfv olunması labüdləşir”.

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “O insanların əfv olunması labüdləşir ki… ”

Əfv Məsələləri Komissiyasının digər üzvü Əliməmməd Nuriyev də bildirdi ki, Əfv Məsələləri Komissiyası öz iclaslarını davam etdirir: “Artıq 5 iclasımız keçib və qarşıda yenə də iclasımız var. İclaslar başa çatdıqdan sonra daxil olan müraciətlərlə bağlı tövsiyə xarakterli rəylərimiz cənab Prezidentə təqdim olunacaq. Əlbəttə ki, son qərarı Prezident verəcək ki, kimlər əfv olunacaq, kimlər siyahıya daxil olmayacaq. Konkret tarixə gəldikdə isə, Respublika Günü ilə bağlı gözləntilər var, amma bu məsələni də Prezident müəyyənləşdirəcək. Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətində hər zaman humanizm, mərhəmət və şəfqət əsas prinsipdir. Təsadüfi deyil ki, 1995-ci ildən bu günə qədər 65 əfv qərarı imzalanıb və 10 minə yaxın şəxs cəzadan azad edilib və yaxud cəzası yüngülləşdirilib. Hesab edirəm ki, bu dəfə də əfv olarsa, yüzlərlə şəxs sevinəcək”.

Əliməmməd Nuriyev: “Yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir”  - 10.04.2021, Sputnik Azərbaycan

Əliməmməd Nuriyev: “Hesab edirəm ki, bu dəfə də əfv olarsa, yüzlərlə şəxs sevinəcək”

Əliməmməd Nuriyev onu da qeyd etdi ki, Komissiyaya bütün kateqoriyalardan müraciətlər daxil olub:

“Onların arasında sağlamlıq əleyhinə, iqtisadiyyat xarakterli, dövlət idarəetməsinin əleyhinə, həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, hərbi əsgərlər, qadınlar və sairə var. Bu günədək 600-dən çox müraciətlərə baxılıb. Keçirdiyimiz iclaslar bəzən 3-5 saat davam edir. Daxil olmuş müraciətlərlə bağlı hər tərəfli müzakirələr aparılır, qanunvericilikdə nəzərdə tutulmuş bütün kriteriyalar araşdırılır, meyarlar müəyyənləşdirilir. Komissiyanın hər bir üzvü öz fikrini sərbəst ifadə etməklə qərarlar qəbul olunur”.

Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

Novella Cəfəroğlu: “Siyahıda təqdim etdiyimiz 39 nəfər arasında… ”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirdi ki, Əfv Məsələləri Komissiyasına 39 nəfərdən ibarət siyahı təqdim edib: “Əfv olacaq, çünki Əfv Məsələləri Komissiyası işləyir. Bizdə də məlumat var ki, əfv sərəncamı çıxacaq. Biz hüquq müdafiəçiləri olaraq 39 nəfərin siyahısını vermişik. Siyahıda jurnalistlər, blogerlər, 2 nəfər ömürlük məhkum olunanlar, cəhbəçilər, dindarlar və sairə var. Bu il çox israrla məktub yazmışıq ki, siyasi məhbuslar artıq tam azad olunsun. Gözləntilərimiz isə ondan ibarətdir ki, bu il çox adam azad olunacaq”.

Həmçinin oxuyun

Bu ərazilərdə “ictimai Wi-Fi” xidməti dayandırılır

Bu gündən Bakıda 14 ərazidə “ictimai Wi-Fi” xidməti dayandırılacaq. Bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin …