Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / “28 May” stansiyasının girişi niyə bağlandı? – Açıqlama

“28 May” stansiyasının girişi niyə bağlandı? – Açıqlama

Bu gün axşam saatlarında metronun “28 May” stansiyasında sıxlıq müşahidə edilib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi müvəqqəti bağlanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.

Bildirib ki, metroda pik saatda sıxlıq yaranıb, qaydalara uyğun olaraq stansiyanın əsas girişi saat 19:00-da 5 dəqiqəlik bağlanıb.

“Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur”.

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …