Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / 28 iyul Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir

28 iyul Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir

28 iyul – Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir.

Trend-in məlumatına görə, 2010-cü ildə Ümumdünya Səhiyyə Assambleyası hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasını dəstəkləyən WHA63.18 saylı Qərar qəbul edib və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edib. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Hepatitlə Mübarizə Gününün mövzusu altında dünya hökumətlərini hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirməyə çağırır.

Səhiyyə Nazirliyinin məlumatına görə, A, B, C, D, E hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanın sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Təqribən hər 600 000 insan hepatit B virusu nəticəsində, 350 000-dən çox insan isə hepatit C ilə əlaqədar xəstəliklərdən ölür.Hepatit virusuna yoluxmanın qarşısının alınması və onunla mübarizə: Qlobal tədbirlər üzrə çərçivə proqramı hepatitə yoluxmanın qarşısının alınması və müalicəsi üçün dörd fəaliyyət sahəsini açıqlayır. Əməkdaşlığın genişləndirilməsi və resursların səfərbərliyi ilə bərabər maarifləndirmənin gücləndirilməsi ÜST-ün yeni çərçivə proqramındakı prioritetlərin birincisini təşkil edir.

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …