Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / “28 ildən sonra öz evimizə gedəcəyik” – Şuşalı Xalq artisti

“28 ildən sonra öz evimizə gedəcəyik” – Şuşalı Xalq artisti

“Atamın Şuşada çəkilən son video görüntüsü var. 28 ildir hər gün ona baxıram”.

Bunu Azvision.az -a Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova deyib. Doğma yurdu işğaldan azad edilən aktrisa sevinc təəssüratlarını bölüşüb.

“O torpağın bir metr yeri də mənim üçün qiymətlidir. Hər gün əsgərlərimiz üçün dua edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Həyəcanlıyan, nə edəcəyimi bilmirəm. Bu, böyük tarixi qələbədir. Arzularımız, xəyallarımız 28 ildən sonra çin oldu. Bu qələbə sevincini bizə bəxş edən Ali Baş Komandana təşəkkür edirəm. Allah Prezidentimizi və Ordumuzu qorusun”,

İlk dəfədir hamı sevinir ki, müharibədir. Ali Baş Komandan bizə elə bir sevinc bəxş edir ki, onu sözlə ifadə etmək mümkün deyil. Şuşadakı evimizi tez-tez yuxuda görürük. Artıq öz evimizə gedə biləcəyik”.

Xalq artisti Şuşada keçirdiyi uşaqlıq illərini xatırlayıb: “Çox gözəl məhəlləmiz var idi. Adına Ağacbulaq və ya Merdinli deyirdilər. Bütün uşaqlar saat 3-4-dən sonra küçəyə yığışıb oynayardıq. Qayğısız uşaqlıq illəri idi. Qışda isə qarda sürüşürdük. Valideynlərimiz bizi Cıdır düzünə gəzməyə aparırdılar. Gül-çiçəyin ətrini hələ də xatırlayıram. Məhəlləmizdə böyük bir ağacın altında bulaq var idi. Bulağı xanqızı Natavan çəkdirmişdi. İşğaldan bir il qabaq ağac aşıb yerə düşdü, sonra da qurudu. Sanki gedəcəyimizə işarə verirdi. Ermənilər həyatımızı, sağlamlığımızı əlimizdən aldılar. Əzizlərimizin canına qıydılar. Ancaq hər şey geridə qaldı. İndi ”dağlarda toy” onların özlərinə tutulur. Bundan sonra xoşbəxtlik, şadlanmaq zamanı bizimdir”.

Həmçinin oxuyun

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” …