Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / 260-dan çox azərbaycanlının vətəndaşlığı ləğv olunub – RƏSMİ

260-dan çox azərbaycanlının vətəndaşlığı ləğv olunub – RƏSMİ

“Suriya, İraq və digər münaqişə ocaqlarında İŞİD üçün vuruşan azərbaycanlılardan 92 nəfəri ölkəyə gəlib və ya gətirilib. Onlar məsuliyyətə cəlb olunublar. 260-dan artıq azərbaycanlının vətəndaşlığı ləğv olunub. Onlar Azərbaycana gələ bilməzlər”.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Komitə rəsmisinin sözlərinə görə, müqanişə ocaqlarında döyüşlərdə iştirak edən azərbaycanlıların vətəndaşlıqdan çıxarılması prosesi davam edir.

“300-dən artıq Azərbaycan vətəndaşının müqanişələrdə ölməsi barədə məlumat var. Bir qismi isə üçüncü ölkələrdə gizlənilir. Onların müəyyənləşdirilməsi istiqamətində işlər davam edir. Görülmüş işlərin nəticəsində bu kontingent qınaq obyektinə çevrilib. Bu gün aparılan araşdırmaların nəticəsinə əsasən deyə bilərəm ki, ölkəmizdə radikalizm, ektremizmin bazası, radikal qruplar yoxdur”.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …