Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / 25 ildir dözülməz şəraitdə yaşayan qaçqın ailəsi Prezidentdən kömək istəyir – VİDEO

25 ildir dözülməz şəraitdə yaşayan qaçqın ailəsi Prezidentdən kömək istəyir – VİDEO

Bakı şəhərində yerləşən 7 saylı trestin qarajına sığınan  ailə 25 ildir ki, çox acınacaqlı, antisanitariyanın hökm sürdüyü bir şəraitdə yaşyır. Bu məzmunlu şikayətlə Azinforum.az-a müraciət edən Hümbətova Hökümə Telman qızı bildirir ki, onlar əslən Laçın rayonundan olsalar da, Şuşa qaçqını sayılırlar:

 

“Baxın görün, biz 9 nəfər ailə üzvümüzlə bu şəraitdə yaşayırıq. Nə suyu, nə ayaqyolusu, nə də hamamı var. Yağış yağanda başımıza tökülür. Övladlarımın üçü şikəstir. Ailəmizdə bir nəfərdə olsun işləyən yoxdur. Bütün instansiyalara müraciət etsək də, nə bizi normal mənzil şəraitilə, nə də işlə təmin edirlər. Əminəm ki, ölkə rəhbərliyinin bundan xəbəri yoxdur. Çünki Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələn nə varsa edir. Ancaq təəssüflər olsun ki, bəzi məmurların laqeydliyi ucbatından biz insanlıqdan uzaq bir şəraitdə yaşamağa məcburuq. Niyə? Məgər biz bu ölkənin vətəndaşı deyilik? Sizdən xahiş edirəm ki, bizim problemimizi əlaqədar qurumların diqqətinə çatdırasınız. Mən xüsusi olaraq ölkə başçısı İlham Əliyev cənablarına və onun xanımı Mehriban Əliyevaya üzümü tutaraq, onlardan imdad diləyirəm”.

 

 

q

 

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın