Bazar , Oktyabr 20 2019
Ana səhifə / Cəmiyyət / LƏMAN SÜLEYMANOVANIN SON SEÇKİ  MÜRACİƏTİ – “Gələcəyi olan namizədə səs verin”

LƏMAN SÜLEYMANOVANIN SON SEÇKİ  MÜRACİƏTİ – “Gələcəyi olan namizədə səs verin”

Azinforum.az xəbər verir ki, 85 saylı Şamaxı Seçki Dairəsindən  deputatlığa namizəd olan tanınmış həkim-dietoloq Ləman Süleymanova seçicilərə sonuncu müraciətini edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Əziz şamaxılılar! Mənim əzizlərim və doğmalarım! Artıq sayılı saatlardan sonra Sizi məsuliyyətli bir sınaq gözləyir. Bilirsiniz ki, mən bir gənc namizəd olaraq bu ağır işin altına Sizlərə güvənərək girmişəm. 85 saylı dairəni təsadüfən seçməmişəm. Bakıda yaşasam da, əslən Şamaxılıyam. Mənim atamı və nəslimi bütün şamaxılılar gözəl tanıyır. 

Təbliğat-təşfiqat dövründə Şamaxının ən ucqar kəndlərində oldum. Təəssüf ki, vaxtın azlığından bu gözəl diyarı qarış-qarış gəzə , Sizin hər birinizlə ayrılıqda görüşə bilmədim. Ancaq hesab edirəm ki, hər birinizə səsimin çatması üçün əlimdən gələni etdim. Bu mənim sonuncu müraciətimdir. Sizin imkanınız var ki, bu fikirləri əliniz, ərkiniz və gümanınız çatan bütün şamaxılılara çatdırasınız. Şamaxı da həlli vacib olan bir sıra problemlərin mövcudluğunu gördüm. Mən özümü yarışdığım marafondakı bütün alternativlərdən güclü sayıram. Bu səbəbdən də Şamaxıda olan problemləri digərlərindən daha yüksək səviyyədə həll etməyi bacararam.

Mən ixtisasca həkiməm. Problemi hamıdan tez görməyə və onun müalicəsini tapmağa qadirəm. Bunu ixtisasım çərçivəsində edə bilirəm. Amma ümumi Şamaxının dərdinə yanmaq üçün, mənə sizin səsiniz lazımdır. Səsiniz ona görə lazımdır ki, mənə mandat verəsiniz. Yalnız bundan sonra mən Sizin haqlarınızı qorumaq, problemlərinizi daha yuxarı instansiyalara çatdırmaq və onların həllinə nail olmaq kimi səlahiyyətə sahib olacam. Mən sizin səslərinizi əvəzini fəaliyyətimlə ödəmək üçün istəyirəm.
Əzizlərim! Mən əsası Ulu Ondər Heydər Əliyev tərəfindən qoyulan hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm. Cənab İlham Əliyevin yürütdüyü siyasəti varlığımla dəstəkləyirəm. Bir Azərbaycan xanımı olaraq ölkənin birinci xanımı Mehriban Əliyevanın görüdüyü böyük işlərdən və ölkəmiz üçün qazandığı uğurlardan stimul götürərək siyasətə atılmaq qərarını vermişəm. Buna baxmayaraq, təbliğat-təşviqat dövründə özümə qarşı bəzi yersiz təzyiqlərin göstərildiyinin şahidi oldum. Belə metodlar məni mübarizədən çəkindirə bilməzdi.
Mənim əlimdə bəzi dövlət qurumlarında çalışan şəxslərin seçkiyə qanunsuz müdaxilə etmək cəhdləri ilə bağlı da məlumatlar var. Bilin ki, bunu edənlər hüquqi məsuliyyət daşıyırlar. Sizi kiməsə səs verməyə heç kim zorla məcbur edə bilməz. Amma Siz bületendə Ləman Süleymanova adını tapıb ona səs verməkdə tam sərbəstsiniz. Bunu edin və fərqi görün. Gələcəyi olan namizədə səs verin ki, o da sizi irəli apara bilsin. Yalnız 5 ildən bir Sizi yada salanlara mandat verməyin. Bu şərəfi mənə yaşadın ki, mən də sizi şərəfləndirim. Səslərinizi gözləyirəm!  

SİZİN LƏMAN SÜLEYMANOVA”

lem

Həmçinin oxuyun

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb. Ölkələr …

Bir cavab yazın