Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / 23 yaşlı gənc namizəd Kəramət Zeynalovu tanıyaq -VİDEO

23 yaşlı gənc namizəd Kəramət Zeynalovu tanıyaq -VİDEO

10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Zeynalov Kəramət Əli oğlu həmən dairədən qeydə alınmış ən gənc namizəddir. O 1996-cı ildə anadan olub. Orta təhsilini 2003-2014-cü Biləcəri qəsəbəsində yerləşən Şəhid Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbdə alıb. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Metrologiya Standartlaşdırma və Sertifikasiya mühəndisliyi ixtisasına yiyələnib. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər Təşkilatının həmtəsisçilərindən biridir. Bir neçə ictimai-sosial layihələrin rəhbəridir. Universiteti bitirdikdən sonra cəbhə bölgəsində hərbi xidmət keçib. İş fəaliyyətinə ölkənin nüfuzlu şirkətlərinin birində başlayıb. Hal-hazırda “European Tobacco Baku” Asc-də keyfiyyətə nəzarət mütəxəsisi işləyir.

Platforması

Azərbaycan respublikasının dövlətçiliyinin beynəlxalq aləmdə nüfuzunu qaldırılması.

Minimum əmək haqqı və pensiyaların artırılması. Sosial müavinətlərin və uşaq pullarının verilməsi.

Təhsil sahəsində tədrisin keyfiyyətinin yüksəldilməsi. Dərman preparatlarının keyfiyyətinə və qiymətinə ciddi nəzarətin olmasını təmin etmək. Daimi dərman qəbul edən pensiyaçıların qəbul etdiyi dərmanlarla bağlı güzəştlərin tətbiqi üçün qanun layihəsi hazırlamaq və gələcəkdə bu güzəştlərin bütün vətəndaşlara şamil olunmasını təmin etmək .

Tələbələrin aldığı aylıq təqaüdü tədricən yaşayış minimumuna çatdırılması Fəaliyyətimin əsas hədəfi olacaq .

Azinforum.az

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …