Ana səhifə / Cəmiyyət / Bu il itirdiyimiz məşhur simalar (SİYAHI)

Bu il itirdiyimiz məşhur simalar (SİYAHI)

2019-cu ildən bizi bir ay – dekabr ayı ayırır. Yola saldığımız il bir çox əlamətdar hadisələrlə yanaşı ölkənin onlarla məşhur adamının dünyasını dəyişməsi ilə tarixə qovuşur.
Azxeber.com 2018-ci ildə dünyasını dəyişmiş azərbaycanlı məşhurlarla bağlı araşdırma aparıb.
Azərbaycan teatr və kino aktrisası, xalq artisti, Zərnigar Ağakişiyeva bu ilin fevral ayının 8-də 72 yaşında vəfat edib. Məşhur aktrisa ürək çatışmazlığından dünyasını dəyişib və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mənzilində bağlı qapı arxasında köməksiz vəziyətdə aktrisanın cəsədini müəyyən ediblər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu il fevral ayının 18-də 80 yaşında vəfat edib. Onun ölümünə səbəb xərçəng xəstəliyi olub.
Azərbaycanlı bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimiTahir Əkbər bu il mart ayının 2-də 72 yaşında vəfat edib. Onun ölümünə insult xəstəliyi səbəb olub.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bu ilin aprel ayının 30-da 70 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.
Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladov bu il may ayının 4-də 69 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.
Tanınmış jurnalist, “Exo” qazetinin baş redaktoru Rauf Talışinski bu il may ayının 8-də 61 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.
Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalov bu il iyun ayının 23-də 68 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.
Tanınmış bəstəkar, xalq artisti, “Şöhrət” ordeni mükafatçısı Xəyyam Mirzəzadə bu ilin iyul ayının 31-də 82 yaşında vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi səbəb olub.
Tanınmış rep ifaçısı, aktyor Anar Nağılbaz bu il avqust ayının 4-də 44 yaşında vəfat edib. Onun ölümünə səbəb anidən başlayan ağır qanaxma olub.
Tanınmış yazıçı və jurnalist, Prezident təqaüdçüsü Nigar İsmayılqızı bu ilin senntyabr ayının 14-də 34 yaşında vəfat edib. Onun ölümünə leykoz (qan xərçəngi) xəstəliyi səbəb olub.
 “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bu ilin sentyabr ayının 16-da 82 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.
Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor Qara Mustafayev bu il oktyabr ayının 8-də 86 yaşında vəfat edib. Son dövrlər yaşla əlaqədar olaraq səhhətində problemlər yarandığı deyilirdi.
Azərbaycanın xalq artisti, məşhur teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahovabu ilin noyabr ayının 8-də vəfat edib. Ölüm səbəbi xərçəng xəstəliyi olub.
Müğənni, aktyor, Savalan qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu noyabrın 20-də ürəktutmasından dünyasını dəyişib.

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …