Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / 2021-ci ilin itkiləri: Aramızdan kimlər getdi…

2021-ci ilin itkiləri: Aramızdan kimlər getdi…

Arxada qoyduğumuz hər il həm də itkilərlə yadda qalır. 2021-ci ildə də itirdiklərimiz az olmayıb. Bu il Azərbaycan mədəniyyət və incəsənətində özünəməxsus iz qoyan bir çox məşhur simanı bizdən alıb.

Yenisabah.az geridə qoymağa hazırlaşdığımız ildə vəfat edən məşhurları təqdim edir:

Ramiz Əzizbəyli

Azərbaycanlı kinorejissor, aktyor. Xalq artisti 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib.

Fikrət Qoca

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının Xalq şairi. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

Arif Quliyev

Aktyor, Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti. 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib.

Səyyad Əlizadə

Səyyad Əlizadə bu ilin sentyabrında Covid-19 xəstəliyindən vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.

Səməd Səmədov

Azərbaycan Respublikasının Xalq artisti. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə “Toylar Kralı” adını qazanıb.

Aslan Hüseynov

Azərbaycanın məşhur müğənnisi. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. O, avtomobil qəzasında dünyasını dəyişib.

Baloğlan Əşrəfov

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Sənətçi koronavirusdan dünyasını dəyişib.

Zöhrə Abdullayeva

Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Yaqub Zurufçu

Əslən İran azərbaycanlısı olan vokalist, müğənni Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.

Rafiq Hüseynov

“Rəmiş” ləqəbi ilə tanınan Xalq artisti Rafiq Hüseynov da bu il aprelin 5-də vəfat edib. O, ağ ciyərində olan problemlərdən əziyyət çəkirdi.

Canəli Əkbərov

Xanəndə, professor, Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərov 22 okytabrda insultdan dünyasını dəyişib.

Həmçinin oxuyun

Müsavat başqanının müavini: “Atam məni şillələyən müəllimə dedi ki…“

Son günlər orta məktəblərdə baş verən özbaşınalıqlarla bağlı siyasilər də fikir bildirməyə başlayıblar. Müsavat başqanının …