Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / 2016-cı ildə DAK ilk toplantısını Moskvada keçirəcək

2016-cı ildə DAK ilk toplantısını Moskvada keçirəcək

Dekabrın 22-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyəti üzvlərinin DAK qərargahında növbəti toplantısını keçirilib. Dünyanın müxtəlif ölkələrində DAK-ı təmsil edən İdarə Heyəti yetkililərinin paltalk vasitəsilə qoşulduğu görüşdə dünya Azərbaycanlılarını təmsil edən ən böyük beynəlxalq diaspor qurumu olaraq DAK- ın arxada qalan son ilinin nəticələri və gələcək fəaliyyət yönümləri müzakirə edilib. Toplantıda Güney Azərbaycandakı son durum, Rusiya Türkiyə qarşıdurması ilə şəkillənən dünyanın gərgin siyasi gedişatı əsas müzakirə mövzularından olub.

Rusiya Türkiyə münasbətlərinin pozulması fonunda hər iki ölkədə və bölgədə yarana bilən fəsadların ağırlığından narahatlığını ifadə edən konqres üzvləri adı çəkilən ölkələrin dövlət məsullarına və ictimaiyyətinə Azərbaycan türkləri adından müraciət qəbul etməyi qərara alıblar. Bu məqsədlə DAK- ın qarşıdan gələn ildə ilk toplantısının Moskvada keçirilməsi nəzərdə tutulub.
Müzakirə olunan digər məsələlərdən biri də “ 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” nün qeyd edilməsi ilə əlaqədar lazımi hazırlığın aparılması olub. Bununla bağlı DAK İdarə Heyəti üzvləri bədii tərtibatlı musiqili törənin keçirilməsinə qərar veriblər.

Azinforum.az

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın