Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “19 ildir deputatam, hələ rəqibim yoxdur” – Eldar Quliyev

“19 ildir deputatam, hələ rəqibim yoxdur” – Eldar Quliyev

“Parlament seçkilərinə bir ildən çox vaxt qalıb. İndidən namizəd olub-olmayacağımı demək tezdir. Bu barədə fikirləşib, yekun qərarımı verəcəyəm”

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev deyib.68 yaşlı millət vəkili parlamentin gəncləşməsinin tərəfdarı olduğunu bildirib: “19 ildir ki, millət vəkiliyəm, gələn il 20 olacaq. İmkan olduqca əlimizdən gələni etmişik. Mən də nəinki iqtisadiyyatda və siyasətdə, həm də parlamentdə kadrların gəncləşməsinin tərəfdarıyam. Növbəti seçkilər barədə fikirləşirəm. Hələ rəqibim yoxdur. Rəqibimiz də olsa, elə birinin deputat olmasını istərdim ki, dövlətinə, xalqına, ölkəsinə bağlı olsun. Seçicilərini dinləsin, qəbul etsin. Əgər şəxsi mənafeyini fikirləşib, deputatlığa qazanc yeri kimi baxacaqsa, ona heç bir seçici səs verməyəcək”.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …