Ana səhifə / Cəmiyyət / KÖNÜL VAQİFQIZI BDM-Ə DÖNDÜ- “… ƏMƏK HAQQI MƏNİ QANE ETMİRDİ”

KÖNÜL VAQİFQIZI BDM-Ə DÖNDÜ- “… ƏMƏK HAQQI MƏNİ QANE ETMİRDİ”

Azinforum.az  xəbər verir ki, bir müddət əvvəl Beynəlxalq Diaspor Mərkəzindən (BDM) ayrılan mətbuat xidmətinin rəhbəri Könül Vaqifqızı yenidən həmin postuna dönüb. Qeyd edək ki, Könül Vaqifqızı BDM-dən ayrılandan sonra, Rauf Zeyninin rəhbərlik etdiyi Milli Qeyri Hökumət Təşkilatları Forumunda eyni vəzifəyə təyin edilmişdi. Azinforum.az Könül xanımla əlaqə saxlayıb, onun Rauf Zeyninin rəhbəri olduğu qurumdan niyə ayrıldığı ilə maraqlanıb. K. Vaqifqızı saytımıza açıqlamasında bildirib ki, o, bu iki təşkilat arasında elə bir ciddi fərq görmür: ” Uzun müddət bir binada fəaliyyət göstərmişik. Prinsip etibarı ilə gördüyümüz iş də eynidir. Hesab edirəm ki, hər iki qurum Azərbaycan dövlətçiliyinə xidmət edir. MQHTF ilə aramda ciddi fikir ayrılığına səbəb olan nəsə olmayıb.  Sadəcə, əmək haqqı məni qane etmədiyi üçün yenidən BDM-ə döndüm”.

Xəqani QORXMAZ

Azinforum.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın