Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / DYP ƏMƏKDAŞI DƏYƏNƏKSİZ “SAXLA” ƏMRİ VERƏ BİLƏRMİ? – “ELƏ BİLDİM TAKSİ SAXLADIR…”

DYP ƏMƏKDAŞI DƏYƏNƏKSİZ “SAXLA” ƏMRİ VERƏ BİLƏRMİ? – “ELƏ BİLDİM TAKSİ SAXLADIR…”

Bakı şəhər sakini Əhmədov Rüfət Musa oğlu  Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətindən ciddi  narazıdır.

Şikayətçi Azinforum.az-a açıqlamasında bildirib ki, 13 sentyabr 2015 ci il tarixində ona Badamdar dairəsində polis geyimində olan bir nəfər əli ilə işarə edib:

“Mən elə bildim ki, taksi saxlatdırır. Onun xarici  görkəmində DYP əməkdaşı olduğunu sübut edən heç bir əlaməti hiss etmədim. Adəti üzrə belə hallarla çox rastlaşırıq. Müxtəlif kateqoriyalı şəxslər taksi saxlatmaq üçün yoldan keçən maşınlara əlləri ilə işarə edirlər. Təbiidir ki, onların arasında mənzilı başına çatmaq istəyən polislər də ola bilər. Taksi fəaliyyəti ilə məşğul olmadığım üçün maşını saxlamadım. Təxminən 200 metr qabaqda 99 YP 365 dövlət nömrə nişanlı DYP maşını məni saxladı. Mənə deyildi ki, güya DYP əməkdaşının “saxla” əmrinə tabe olmamışam.

 Bildirilən iradla razılaşmadım və dedim ki, işarə edən yol polisi əməkdaşı olubsa, niyə onun əlində avtomobilləri saxlamaq üçün  xüsusi vasitə sayılan ağacı olmayıb? Mən hardan  bilim ki, o, DYP işçisidir? Tamamilə əsasız yerə mənə iki cərimə yazdılar: biri, “Saxla” əmrinə tabe olmamağa , digəri isə, dairəvi yolda digər nəqliyyat vasitələrinə yol verməməyə görə . DYP əməkdaşı  Əsədov Elməddin Elman oğlu tərəfindən tərtib edilən 838722 nömrəli pratakolla razılaşmadığıma və şərləndiyimə dair qeyd əlavə etmişəm. Ümidvaram ki, DYP rəhbərliyi bu məsələnin araşdırılaraq, obyektivliyin ortaya çıxmasında mənə yardımçı olacaq”.

Azinforum.az olaraq bildiririk ki, vətəndaşın cərimələnməsinə dair redaksiyamıza təqdim etdiyi rəsmi sənəddə maraqlı detala rast gəldik. Belə ki, pratakolu tərtib edən  Əsədov Elməddin Elman oğlu rütbəsini polis çavuşu kimi deyil, serjantı kimi yazaraq təqdim edib.  Hər halda, Nüşirəvan Səfərovun işçilərinin  özlərini SSRİ dövründəki kimi təqdim etməsi olduqca maraqlıdır…

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

Rövşən ƏLİ

SEN

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın