Ana səhifə / Cəmiyyət / 1400 metr yüksəklikdə yerləşən kənd – Lazadan FOTOREPORTAJ

1400 metr yüksəklikdə yerləşən kənd – Lazadan FOTOREPORTAJ

Qəbələnin Laza kəndi dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdə yerləşir. Kənd rayon mərkəzindən 8 kilometr şimal-şərqdə, Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında salınıb.
Hazırda kənddə təxminən 140-150 ev var. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kəndin girişində vurulan lövhə Lazaya gələn qonaqların diqqətini çəkir. Elə bizim də Lazaya səfərimiz 5 min il yaşı olan daşla tanışlıqdan başlayır…

50 əsrin şahidi olan daşa baxıb, şəklini lentə aldıqdan sonra yolumuzu kəndə doğru salırıq. Laza sıx ağaclar, dağlar, yaşıl don geyinmiş dərələr və soyuq bulaqlarla əhatə olunub. Bir sözlə, kənd füsunkar təbiətə malikdir. Bu səbəbdən Qəbələyə gələn həm yerli, həm də xarici turistlər Lazanı ziyarət edir, buranın qonaqpərvər sakinləri il həmsöhbət olurlar.

Kənddə olduğumuz zaman yeni məktəbin tikildiyini öyrəndik. Bundan öncəki məktəb yandığı üçün sıradan çıxıb. Hazırda onun yerində modul tipli məktəb qurulur. Kəndin balaca sakinləri sentyabrın 15-də yeni məktəbdə dərsə başlayacaqlar.

Lazanın digər özəlliklərindən biri Azərbaycanın ən böyük şəlaləsinə gedən yolda yerləşməsidir. Sakinlər deyirlər ki, Muçuq şəlaləsi hündürlüyünə görə ölkə üzrə birinci yerdədir.









































Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …