Çərşənbə , İyun 26 2019
Ana səhifə / Cəmiyyət / 13 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub – FOTOLAR

13 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub – FOTOLAR

Bu gün Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.

Bakı şəhərindəki 13 saylı cəzaçəkmə müəssisəsində sərəncamın icrası həyata keçirilib.

Penitensiar Xidmətin Təşkilat Nəzarət İdarəsinin rəisi Vüqar Abuşov bildirilib ki, cəzaçəkmə müəssisəsindən 42 nəfər məhkum cəzalarının qalan hissəsini çəkməkdən azad olunub. Məhkumlara buraxılış arayışlarının verilməsində hüquq müdafiəçisi Əfv Komissiyasının üzvü Ümid Rəhimoğlu və hüquq müdafiəçisi Səadət Bənanyarlı da iştirak ediblər.

Bu müəssisədən azadlığa çıxanlar arasında gənc fəallar İlkin Rüstəmzadə, Elnur Seyidov və Bayram Məmmədovun da adı var.

Qeyd edək ki, sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqları müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanıldığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Musavat.com

Həmçinin oxuyun

Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bunu …