13 rəqəmi ilə bağlı bitməyən mübahisə: Ölümün baş hərfi, yoxsa uğura qarşı “səlib yürüşü”?

Bu gün iyul 13-ü həm də cümə günüdür.

Bir çoxları 13 rəqəminin nəhs olduğunu düşünür, bu günə hansısa əlamətdar hadisə təsadüf edirsə, onu təxirə salır, hətta 13 saylı mənzili almaqdan imtina edənlər də olur. Ayın 13 cümə gününə düşdükdə isə bu “nəhs” həm də qorxulu olur. Bəs, 13 niyə nəhsdir və niyə ayın 13 -nün cümə gününə təsadüf etməsi uğursuz sayılır?

Cebhe.info bununla bağlı araşdırma aparıb. Öncə onu deyək ki, İslam dinində belə bir anlayış yoxdur və heç bir rəqəm, heç bir gün nəhs sayılmır . Çin, İndoneziya, İtaliya, Yaponiya, Hindistan, Səudiyyə Ərəbistanı və Koreyada da13 rəqəmindən qorxmurlar. Bu ölkələrin bəzilərində hətta 13 uğurlu rəqəm sayılır. Honq-Konqda da 13-ə xüsusi sevgi var. Mobil telefon istifadəçiləri 13 rəqəmi ilə başlayan nömrə almağı sevirlər.

Bir çoxları isə hesab edir ki, 13 İblisin rəqəmidir. Bəzi dini inanca əsasən, 13-cü mələk sayılan İblis ayın 13-ü, cümə günü Adəmlə Həvvanı yoldan çıxararaq, onların Cənnətdən qovulmasına nail olub. Əsasən xristian dövlətlərində 13 rəqəmi ilə bağlı qorxu var. ABŞ-da 13 nömrəli nəqliyyat vaistələri yoxdur. Otellərdə, hətta bəzi binalarda 12-ci otaqdan sonra 14-cü otaq gəlir. Bununla belə Amerikada ABŞ gerbindəkı qartalın başında 13 ulduz var, qartal sol qanadı ilə 13 ox tutub. Sağ qanadında 13 yarpağı və 13 meyvəsi olan zeytun budağı var. Amerika bayrağında ağ və qırmızı zolaqların da sayı 13-dür. İsa Peyğəmbərin ayın 13-ü cümə günü çarmıxa çəkildiyi bildirilir. Başqa inanclara görə, İsa peyğəmbər çarmıxa çəkilməzdən əvvəl 13 nəfərlə birgə süfrə başında oturub – İsa peyğəmbər və 12 havari.

Yəhudilər 13 rəqəminin uğursuzluğunu əlifba sırasındakı 13-cü hərfin «m» olması ilə əlaqələndirirlər. Belə ki, bu hərf «mavet» (ölüm) sözünün baş hərfidir. Digər faktlara görə, Tampliyerlər ordeninin məhvi 1307-ci ilin cümə günü, ayın 13-nə təyin edib. Səmavi dinlərdə bəzi rəqəmlərin cəminin 13 olması məlumdur. İsa peyğəmbərin 12 həvarisi olub. Məhəmməd peyğəmbərlə yanaşı, 12 imam da islamda müqəddəs şəxs sayılır. Yəni 12+1=13. Hətta bəzi məlumatlarda 13-ün çox uğurlu rəqəm olduğundan qəsdən yalnış informasiyaların beyinlərə yeridildiyi də deyilir.

Zdrave universal kremi zdrave forte