Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / 13 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

13 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Ümumilikdə 12 dövlət orqanında 65 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş ümumi müsahibə davam edir.

Azinforum.az DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 28-i saat 11:45-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmiş 13 nəfər uğur qazanıb.

Onlardan 9-u Maliyyə Nazirliyində, 2-si Milli Arxiv İdarəsində, 2 nəfər isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, ümumi müsahibəyə sənəd qəbulu sentyabrın 2-də yekunlaşıb və 183 nəfərin müraciəti qeydə alınıb. Sentyabrın 23-də başlanan ümumi müsahibə noyabrın 15-də başa çatacaq.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …