Ana səhifə / Cəmiyyət / “11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı

“11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı

“11 min manatlıq birdəfə ödəmə kart hesabındadır. Pulu kartdan çıxarmamışam. Elə orada qalıb”.

Bunu açıqlamasında son döyüşlər zamanı şəhid olan hərbçi Səbuhi Məmmədovun qardaşı Sənan Məmmədov deyib.

O, 11 min manatın şəhidin “qan pulu” olduğunu söyləyib və həmin vəsaiti şəxsi ehtiyacı üçün xərcləməyəcəyini bildirib:

“O pula əlimi də vurmaram və heç vaxt şəxsi ehtiyaclarım üçün xərcləmərəm. Amma həyat yoldaşım istəsə, hansısa ehtiyacı üçün istifadə edə bilər. Məni şəxsən pul maraqlandırmır”.

Ona təklif olunan birotaqlı evdən imtina etdiyini xatırladan şəhid qardaşı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşmək istədiyini söyləyib:

“Mənə təklif olunan birotaqlı evdən imtina etdim. O evi mənə yazıqları gəldiyi üçün təklif etmişdilər. Evim yoxdur, kirayədə qalıram, bundan sonra da kirayədə qalaram. Bəlkə də, nazir Sahil Babayevin olanlardan xəbəri yoxdur. Əgər həqiqətən də xəbəri yoxdursa, onunla görüşmək istəyərdim”.

Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. 12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub.

Həmçinin oxuyun

Elgiz Əkbər: “Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir”

Aparıcı Elgiz Əkbər verilişini tərk edən vəkil Şəfiqə Nağıyeva haqqında ilk dəfə danışıb. Aparıcı tamaşaçıların …