Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət /  Türkiyəli alpinistlərdən möhtəşəm  Xocalı aksiyası – Naxçıvandakı Haçadağı zirvəsinə qalxdılar (FOTO)

 Türkiyəli alpinistlərdən möhtəşəm  Xocalı aksiyası – Naxçıvandakı Haçadağı zirvəsinə qalxdılar (FOTO)

Azinforum.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində yaşayan, müxtəlif peşə sahiblərindən ibarət 26 nəfər alpinist Xocalı soyqrımını anmaq üçün Naxçıvan Muxtar Respublikasında olublar. Onlar fevral ayının 25-də Naxçıvanın məğrurluq simovlu sayılan Haçadağın zirvəsinə qalxaraq Xocalı soyqrımının qurbanlarını yad ediblər.
Qrupun rəhbəri Hüseyin Yıldız bu yürüyüşün Xocalı faciəsinin bütün dünyaya tanıdılması məqsədi ilə təşkil etdiklərini bildirib. O deyib ki, biz 1992-ci 26 fevralda Xocalıda baş verən soyqrımı anmaq üçün simvolik olaraq Türkiyənin müxtəlif bölgələrində yaşayan və fəaliyyət göstərən həkimlər, jurnalistlər, hüquqşunaslar, gömrük əməkdaşları, sıravi insanlar da daxil olmaqla Haçadağa çıxmağı qərarlaşdırıblar. Əlavə edib ki, Haçadağ çox da hündür olmasa da (2415 m) çox çətinliklə zirvəyə qalxa biliblər.
Yürüyüşün təşkilatçısı Serpil Önal isə fikirlərini belə ifadə etdi:

”Biz dost yox, qardaş ölkəlirik. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Bu faciə bizi həmişə sarsıtmışdır. Biz də bu yürüyüşü təşkil etməklə qardaş ölkəyə mənəvi dəstəyimizi göstərmək istədik. Bu yürüş bizim üçün həm də ona görə əhəmiyyətlidir ki, biz Türkiyə-Azərbaycan birliyini dünyaya çatdırmaq istəyirik. Biz bir millət iki dövlətik. Biz o zirvəyə Türkiyənin və Azərbaycan bayraqlarını sancdıq”.
Türkiyəli sənətçi Lətif Ayyıldız Haçadağda Qarabağ mahnısını səsləndirdiyi üçün qürur hissi keçirdiyini bildirdi:

”Həyatımda undulmaz anlardan biri idi. O zirvədə Xocalı faciəsində həyatını itirmiş bütün soydaşlarımızı andıq. Qarabağ mahnısını səsləndirdim. O gün uzaqda deyil. Mən arzu edirəm ki, bu mahnını tez bir zamanda Xocalıda, Şuşada, Qarabağda səsləndirim”.
Qeyd edək ki, alpinistlər içərisində Türkiyənin tanınmış kütləvi informasiya vasitələrindən TRT-nin, Anadolu Xəbər Agentliyinin, “Hürriyyət” qəzetinin və s. əməkdaşlar yürüşdə iştirak etdikləri üçün bu xəbər Türkiyənin bütün KİV-lərində işıqlandırlacaq.

Azinforum.az

na4

na5

na3

na2

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın