Bazar , Sentyabr 15 2019
Ana səhifə / Cəmiyyət / 10 milyonluq əhalinin 13-ü bir evdə yaşayır – VİDEO

10 milyonluq əhalinin 13-ü bir evdə yaşayır – VİDEO

Müasir ailələrdə 1-2 uşağın olmasına artıq alışmışıq. Amma Qusarda yaşayan ailənin evində nə az, nə çox 11 uşaq böyüyür.

ARB TV xəbər verir ki, ailənin ən böyük övladının 22 yaşı var, ən kiçiyi isə 10 aylıqdır.

İlqar Məmmədov – Valideyn: “Səhər saat 06:00-da oyanıram, onlar da qalxır, uşaqları məktəbə yola salıram. Uşaqları görəndə sevinc çox olur, başın qarışır. Nəyə görə yaşadığını bilirsən”.

Üçü qız, səkkizi oğlan olan uşaqlardan beşi məktəblidir. Uşaqların anası Səidə xanım zamanını və sevgisini övladları arasında bərabər bölməyə çalışdığını bildirir.

Ağsu musiqi məktəbində pionina dərsi alır. Yunis gitarada ifa etməyi, Səma isə mahnı oxumağı çox sevir. Ailənin ən dəcəl övladı iki yaşlı Saradır. Uşaqlar arzu və istəklərinə görə bir-birilərindən fərqlənsələr də onları birləşdirən əsas dəyər ailə sevgisidir.

Səidə Məmmədov – Valideyn: “Çoxu oğlandır, əlbəttə ki, çətindir. Amma, ana üçün fərqi yoxdur. Bir dəfə uşaqları yoldaşımla parka göndərmişdim. Uşaqlardan biri itmişdi. Polislər gəldi evimizə, “uşağınız itib” dedilər”.

İlqar Məmmədovun 49, xanımının isə 44 yaşı var. Ailə başçısı tikinti sahəsində çalışır. Və ailənin əsas gəlir mənbəyi buradandır. Bundan başqa ailə dövlət təfərindən 297 manat müavinət alır.

Hazırda Qusarın əhalisinin sayı 98 mini ötür. Onlardan 50,1%-ni kişilər, 49,9%-ni isə qadınlar təşkil edir. 2018-ci ildə Qusarda 1391 körpə doğulub.


Həmçinin oxuyun

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib – VİDEO

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti …