Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Əziz Əzizov feysbuk fəallarının BAŞINI QIRXDIRIR – Cəlilabadın icra başçısından şok hərəkət

Əziz Əzizov feysbuk fəallarının BAŞINI QIRXDIRIR – Cəlilabadın icra başçısından şok hərəkət

Əziz Əzizov – çoxlarına bu ad tanışdır…Cəlilabadın icra başçısı. Hər yerdə olduğu kimi Cəlilabad rayonunda da icra başçısından narazıların sayı çoxdur. Bununla işimiz yox….ki, icra başçısıdr, vəzifə adamıdır deyə hamı bir nəfər kimi ondan razı ola bilməz. Lap rəhbərlik etdiyi icra aparatı saat mexanizmi kimi işləsə belə, yenə də narazılıq olacaq. Amma və lakin…Fikrimiz icra başçısının rayonda nüfuzunun az olub, olmamasından getmir… Nə də başçının çörək manapoliyasına nəzarətindən də yazmırıq… Heç Əziz Əzizovun cəlilabadlılara əziz və ögey olmasından da getmir…

Söhbət açacağımız mövzu nəinki oxucularımızın, heç hörmətli icra başçısının özünün də xoşuna getməyəcək… Əgər Cəlilabadın icra başşçısı bizə şikayət göndərən şəxsin yerinə öz oğlunu və ya nəvəsini, cəhənnəm uzaq bir qohumunu qoysa, onda yazılanlardan bir nəticə çıxaracaq…

Beləliklə Miq.az-a daxil olan şikayət məktubuyla siz də tanış olun… və görün rayon icra başçıları özlərini hansı səviyyəyə endirirlər…Və onlar həqiqətən də təyin olunduqları rayonda vətəndaşların xidmətçisi kimi yox, AĞAsı kimi aparırlar… Amma vallah, AĞA da özünü bizim icra başçıları kimi aparmir…

Bir sözlə, redaksiyamıza daxil olan məlumatlar icra başçısının Cəlilabadı öz xanədanı kimi qəbul edərək şahlıq etdiyini deməyə əsas verir.

Dünən Miq.az-ın redaksiyasına Cəlilabaddan daxil olan hər iki məktubda feysbuk fəallarının incidilməsi ilə bağlı məlumatlar yer alıb. Məlumatlarda deyilir ki, hətta bəzi ziyalılar belə Əziz Əzizovun xoşuna gəlməkdən ötrü icra başçısının qəbuluna yazılırlar ki, bəs filankəs feysbukda bu sözü yazıb. Cənab başçı, onu necə məhv edək? Redaksiyamıza məlumat verən şikayətçi insafən onu da qeyd edib ki, bəzi hallarda icra başçısı bu cür “ziyalı”lardan xoşlanmayaraq onları geri qaytarır. Amma və lakin…Yenə də bu cür “ziyalı”lar başçını pis əməllər törətməyə vadar edir…

Cəlilabad gənclərindən biri feysbukda yazdığı statuslara və paylaşmalara görə Əziz Əzizovun hüzuruna gətirilir. Və Əziz Əzizovun bu gənclə söhbətdən sonra əmr verir ki, onun başını qırxsınlar. “Əmr” icra olunduqdan sonra başçı feysbuk fəalının həbs olunmaması və evə buraxılması ilə bağlı göstəriş versə də, bəzi qulbeçələr başçını inandırıblar ki, əgər bu gənci bu halda yola salsaq, başımız agrıyacaq. Ondan ötrü bu gənci ən azından 15-20 gün həbs etdirək ki, qoy başına tük gəlsin…Və bu təklif icra başçısı Əziz Əzizovun ağlına batır.

Başçıya bu təklif rayonun polis idarəsinin işçiləri tərəfindən verirlir. Həmin gənc 15-20 gün həbs olunduqdan sonra azadlığa buraxılır və bu saçkəsmə məsələi də elə ordaca ört-basdır edilir…

Digər Cəlilabadlının rayon haqqında rəyini də qeyd etməyi özümüzə borc bilirk…Baxmayaraq ki, bu ifadə Əziz Əzizovun xeyrinədir….Yenə də… amma və lakin… hər şeyi olduğu kimi yazmaq Miq.az-ın vəzifə borcu olduğundan o ifadəni qeyd edirk: “Əziz Əzizovun bir çox müsbət əməlləri də var…Cəlilabad camaatından bir çox insanlar taniyiram ki, şəxsi problemləri ilə bağlı başçıya müraciətindən əliboş qayıtmayıblar.”

 

Dosye: Əzizov Əziz İmran oğlu – Cəlilabad Rayonu İcra Hakimiyyətinin başçısı

09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var:

15.08.1985 – 16.01.1986 – Tramvay parkında xətt sahəsi əmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən,
19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi,
09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
08.08.2006 – h/h Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …

Bir cavab yazın