Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Cəmiyyət / “Əvvəldən deyirdim ki, iki ittifaqın olması doğru deyil” – Rasim Balayev

“Əvvəldən deyirdim ki, iki ittifaqın olması doğru deyil” – Rasim Balayev

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib. 

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin fikirlərini öyrəndik.  

O, Bizim.Media-ya açıqlamasında uzun müddətdir iki ittifaqın mövcudluğunun doğru olmadığını ifadə etdiyini bildirib:

“Şükür ki, sonra razılığa gəldik. Nəhayət ki, hər iki tərəf razı oldu ki, bir İttifaq olsun. Ona görə də bu gün yığışdıq. Toplantıya  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər heyəti və nümayəndələri qatıldı. Sağ olsun, yeni mədəniyyət nazirimiz də bu toplantıya qatılmışdı. Müzakirələr apardıq və sonda qərara gəldik ki, 2 ittifaqın olmasına heç bir zərurət yoxdur. Bir ittifaq olmalıdır. Hər iki tərəfin təmsilçiləri yekdilliklə qərar verdi ki, vahid qurum yaradılsın”. 

Xalq artisti onu qeyd etdi ki, iclasda yeni qurumun təsis olunması qərara alınıb: 

“Ola bilsin ki, yeni qurum Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılsın. Hələlik, müzakirələr gedir. Yəqin ki, 1 aya, ay yarıma yeni qurum təsis edilər”. 

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir. 

Həmçinin oxuyun

Bu şagirdlər məktəbə qəbiristanlıqdan keçib gedirlər – VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri təhsil üçün qəbiristanlıqdan …