Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Əvvəl 5 manata satılan dərilər zibilliyə atılır (VİDEO)

Əvvəl 5 manata satılan dərilər zibilliyə atılır (VİDEO)

Azərbaycanda xırdabuynuzlu heyvanların dərisinə maraq azalıb.
Səbəb dəriyə tələbatın az olmasıdır.
Qəssabların sözlərinə görə, əvvəl dəriləri toplayanlar olub, amma son bir neçə ildir ki, dəri alan tapılmır. İribuynuzlu heyvanların dərisi isə əvvəlkinə nisbətən ucuz satılsa da alıcısı nisbətən çoxdur.
Heyvanların dəriləri alınmadığı üçün onları hara gəldi atırlar. Dərilərin kütləvi şəkildə atılması isə bəzən xoşagəlməz mənzərələrin yaranmasına səbəb olur.
Dəri emalı ilə məşğul olan sahibkarlar deyib ki, əvvələr ölkəmizdə emal edilən dərilər həm qonşu ölkələr, həm də Avropa dövlətlərinə ixrac edilirdi. Amma gömrük rüsumu artırıldığından bu əməliyyat artıq qazanc gətirmir və ona görə də dəriyə olan maraq azalıb.
Xırdabuynuzlu heyvan dərisindən əsasən dəri gödəkçələr istehsal edilir. Ölkəmizdə bu sahə inkişaf etmədiyindən xırdabuynuzlu heyvan dərisinə ehtiyac olmur. Amma iribuynuzlu heyvanların dərisindən ayyaqabı istehsal edilir. Bu işlə məşğul olan çox sayda sexlər fəaliyyət göstərdiyindən tələbat da var.


Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …