Cümə axşamı , May 23 2019
Ana səhifə / Cəmiyyət / Əsrin döyüşü baş tutdu – FOTOLAR

Əsrin döyüşü baş tutdu – FOTOLAR

ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) Menni Pakyao və Floyd Meyuezer arasında döyüş baş tutub.
Azinforum.az-ın məlumatına görə, matçda filippinli idmançının hərəkətli olmasına baxmayaraq, müdafiə texnikasını seçən Floyd fürsət gözləyərək titarlı zərbələr endirməyə çalışdı. 12 raundluq döyüşün nəticələrinə əsasən, amerikalı idmançı mübarizənin qalibi seçildi.
Mübarizəni canlı şəkildə yaxından izləmək üçün çoxsayda dünya ulduzları arenaya təşrif buyurub.
Bir çox ekspertin əsrin döyüşü adlandırdığı 12 raundluq qarşılaşmada 3 dünya çempionu titulu oynanııb. Belə ki, WBA və WBC versiyası üzrə dünya çempionu titulları 37 yaşlı Meyuezerə, WBO versiyası üzrə dünya çempionu titulu isə 35 yaşlı Pakyaoya məxsusdur.
Nəticədən asılı olmayaraq amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşib.
Bu gün keçirilən döyüşün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl əfsanəvi boksçu Məhəmməd Əli verdiyi açıqlamada Menni Pakyaonu dəstəkləyəcəyini açıqlamışdı.

Həmçinin oxuyun

Azərbaycanlı UAZ-a baş direktor təyin edilib

Azərbaycanlı Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru təyin edilib. Bu barədə zavodun yaydığı …

Bir cavab yazın