Şənbə , Mart 23 2019
Ana səhifə / Cəmiyyət / “Əslində Zeynalabdin Tağıyev bugünkü imkanlı adamlara örnək olmalıdır ki…”

“Əslində Zeynalabdin Tağıyev bugünkü imkanlı adamlara örnək olmalıdır ki…”

““Qızlar Məktəbi”nin açılmasında, Azərbaycanın sonradan görkəmli şəxsləri olan insanların təhsil almasında o, çox işlər görüb”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas görkəmli mesenat H.Z.Tağıyev haqqında danışarkən deyib. A.Abbas bildirib ki, onun heykəlinin qoyulması təşəbbüsü təqdirəlayiqdir:
“Bu gün H.Z.Tağıyevin adına qəsəbə var, amma ən başlıcası şəhərin bir yerində ona heykəl qoyulması çox gözəl iş olar. Sağ olsun, bunu Bəhram Bağırzadə təklif etdi. Möhtərəm prezident də təkcə bu məsələyə yox, bütün təklifləri görüşdə dinləyib, ayrı-ayrılıqda münasibətini bildirdi. Sizə onu deyim ki, dünən ölkə başçısının mədəniyyət xadimləri ilə keçirdiyi görüş Azərbaycanın tarixində ən möhtəşəm tədbir idi. Bunu ancaq müsbət qarşılamaq olar. 
Təkcə Hacı Zeynalabdin Tağıyev yox, o vaxtın milyanerləri müəyyən işlər görüblər. Ancaq Hacı Zeynalabdin Tağıyev Azərbaycanın həyatında çox mühüm rolu olan bir insandır. “Qızlar Məktəbi”nin açılmasında, Azərbaycanın sonradan görkəmli şəxsləri olan insanların təhsil almasında o, çox işlər görüb. Məsələn, Əziz Əliyev ona bir məktub yazıb və H.Z.Tağıyev ona diqqət göstərib. Həmçinin N.Nərimanovun təhsil almasına da kömək edib. H.Z.Tağıyev bir az pul qazanıb və onu da bu millətin yolunda xərcləyib. Əslində H.Z.Tağıyev bugünki imkanlı adamlara örnək olmalıdır ki, yüz iyirmi il ötüb, amma yenə ondan danışırlar. Bu gün imkanı olan adamlar da bunu etməlidir ki, onların da nəvələri babalarının gördükləri işlərlə fəxr etsinlər. Əjdər İbrahimov çox böyük bir şəxsiyyətdir ki, sovetlər dönəmində qadağaların olduğu vaxt H.Z.Tağıyevin obrazını yaratdı”. 

Həmçinin oxuyun

Deputatdan çağırış: “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir”

“Vəsaitləri təmir-tikintiyə deyil, insan kapitalına və innovasiyalara yönəltməliyik” Prezident İlham Əliyev xalqa Novruz bayramı ilə bağlı müraciətində …