Cümə , Dekabr 1 2023
Ana səhifə / Cəmiyyət / Əsir düşən hərbçinin anası: “Ağlaya-ağlaya evimizdə oturub nəticə gözləyirik”

Əsir düşən hərbçinin anası: “Ağlaya-ağlaya evimizdə oturub nəticə gözləyirik”

“Bizə zəng edib, bir kəlmə söz deyən, uşaqlarımız haqqında məlumat verən yoxdur. Yəni demirlər ki, uşağınızın halı, əhvalı budur, darıxmayın. Heç elə bil bizim əsirlikdə uşağımız yoxdur”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında 7 aydır Ermənistanda əsir saxlanılan hərbçi Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

Ayda bir dəfə oğlu ilə danışan ana neçə aydır oğlu ilə görüntülü danışmadığın bildirib:

“Ağlaya-ağlaya evimizdə oturub nəticə gözləyirik. Bütün gün bir xəbər olar deyə televizora baxırıq. Bu yaxınlarda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım tərəfindən bizə məlumat gəldi ki, uşaqların işi ilə bağlı beynəlxalq komissarlığa müraciət edib. Bundan başqa heç bir yenilik yoxdur”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Həmçinin oxuyun

Aktyor üsyan etdi: “Gecədən səhərədək çılpaq qadınlara baxıb, onları…”

“Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək…”. Bu fikirləri insanların sosial şəbəkələrdəki davranışları …