Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Cəmiyyət / Əsgərlər xidmət yerlərinə yola salınıb – Fotolar

Əsgərlər xidmət yerlərinə yola salınıb – Fotolar

Oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibəti ilə Əlahiddə Ümumqoşun Orduda tədbir keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə iştirak edən zabit, əsgər və valideynlər ixtisas hazırlığı kursunu uğurla başa vurmuş gənc əsgərləri təbrik ediblər.

Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Tədbirdə əsgərlər ixtisasları üzrə müxtəlif hazırlıq elementlərini praktiki nümayiş etdiriblər. Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.

Həmçinin oxuyun

Doğum günləri özlərinin iştirakı olmadan qeyd edilən qəhrəmanlarımız – FOTOLAR

Bu gün Vətən Müharibəsinin Biləsuvar rayonundan olan iki şəhidinin doğum günüdür.  “Report”un Muğan bürosu xəbər …