Şəmkir rayonunun Seyfəli kəndidə yaşayan Muradova Əsli Hacıbala qızının köməyə ehtiyacı var.
Xəstənin bacısı, Zülfinaz xanımın Qaynarinfo-ya verdiyi məlumata görə, mədə xərçəngi diaqnozu qoyulan qadının Türkiyədə əməliyyat olunması üçün 15 min dollar vəsait tələb olunur. Lakin ailənin maddi vəziyyəti acınacaqlı olduğundan müalicə ala bilmir.
Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə təqdim edə bilərsiniz. 12 ildən sonra övlad sahibi olan Əsli Muradova yaxın günlərdə oğlunu hərbi xidmətə yola salacaq. Övladını hərbi xidmətdən ayaqüstə qarşılamaq arzusunda olan anaya köməyimizi əsirgəməyək.