Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Cəmiyyət / “Əsgərə məktub” layihəsi davam edir – FOTOLAR

“Əsgərə məktub” layihəsi davam edir – FOTOLAR

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində “N” nömrəli hərbi hissədə görüş keçirib.
Görüşdə Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat tipli Gimnaziyanın şagirdləri, onların müəllim və valideynləri iştirak edib.

Görüş zamanı Azərbaycan Ordusunun yaranma tarixi, hərbi hissənın keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib, şagirdlərin hərbi qulluqçular üçün yazdıqları məktublar oxunub. Məktəblilər hərbi vətənpərvərlik mövzusunda şeirlər söyləyib və mahnılar ifa ediblər.

Əsgərlər onlara ünvanlanan məktublara cavab yazdıqdan sonra xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

Azərbaycanda 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

Bu gün Azərbaycanda 64 yaşlı qadınla 70 kişinin əkiz övladları dünyaya gəlib. Cütlük süni mayalanma …