Şənbə , Dekabr 3 2022
Ana səhifə / Cəmiyyət / Ərinin zorakılıqdan sonra 4 uşağı ilə küçədə qalan qadınla bağlı AÇIQLAMA

Ərinin zorakılıqdan sonra 4 uşağı ilə küçədə qalan qadınla bağlı AÇIQLAMA

Sumqayıtda həyat yoldaşı tərəfindən zorakılıqla üzləşən və 4 uşağı ilə birgə mənzilini tərk edən qadın hazırda öz evində təhlükəsiz vəziyyətdədir.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O, əlavə edib ki, onlar müayinə üçün Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyəti üzrə bütün tədbirlər görüləcək. Məsələ aidiyyəti dövlət qrumlarının diqqətindədir.

Qeyd edək ki, ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə yoldaşına zorakılıq tətbiq edib, qadın da uşaqlarını götürüb evdən çıxıb. Gecə saatlarında polis qadın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək.

Həmçinin oxuyun

“Tərtər işi”ni araşdıran hüquqşünasın azadlığa çıxmasına 1 həftə qalmış həbs müddəti artırıldı

2017-ci ildə yüzlərlə hərbçinin işgəncəyə məruz qalması və nəticədə onlardan bir qisminin işgəncə nəticəsində ölməsinə …