Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Cəmiyyət / Əri həkim arvadını bu səbəbdən öldürüb – Təfərrüat

Əri həkim arvadını bu səbəbdən öldürüb – Təfərrüat

Bu il iyunun 25-dən 26-na keçən gecə keçmiş həyat yoldaşı Natəvan Əliyevanı xüsusi amansızlıqla qətlə yetirən Samir Əliyev haqda məlumat əldə etmişik.   Axar.az xəbər verir ki, mərhum Natəvan Əliyeva Samir Əliyevin doğma dayısı qızı olub. Evlilikdən bir neçə il sonra Samirin ailəsində narazılıqlar baş qaldırıb. Ailəyə qarşı biganəlik, başqa qadınla münasibət Natəvanın haqlı narazılığına səbəb olub.

Samir isə başqa qadınla birgə yaşamağa davam edib. O, evə nadir hallarda gəlirmiş. Mənbəmizin məlumatına görə, Samirin qeyri-qanuni yaşadığı qadından bir uşağı var.

Bütün bu səbəblərdən Natəvan Samirdən boşanmağa qərar verib, ailəsinə Samirlə bir yerdə yaşaya bilməyəcəyini bildirib.

Qanuni nikaha xitam verildikdən sonra Samirdə qısqanclıq baş qaldırıb. Bir müddətdən sonra Natəvanın özünə avtomobil alması isə Samirin səbr kasasını doldurub. Cinayətin də məhz bu səbəbdən törədildiyi ehtimal olunur.

Natəvan Əliyeva ilə Samir Əliyevin anası Rəhimə Əliyeva Xətai rayonu ərazisində yerləşən eyni binada yaşadığından, keçmiş ərə niyyətini həyata keçirmək o qədər də çətin olmayıb. Qətli həyətdəki qarajda törədən S.Əliyev sonradan meyiti hadisə uzaqlaşdıraraq, Xızıya aparıb və Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırıb. Meyiti iyulun 6-da Xızı Rayon Polis Şöbəsi əməkdaşları aşkarlayıb.

Bakıdakı 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevanın oğlu Samir Səməndər oğlu Əliyev bu gün həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsində ittiham olunub və barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyirdi, üç övladı var.

Həmçinin oxuyun

Prezidentə yaxınlaşıb banka olan borcunun silinməsini xahiş etdi – Video

Bu gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini …

Bir cavab yazın