Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Ərdoğanla Elçibəyin Bakıda üz-üzə görüşü – TARİXİ VİDEO

Ərdoğanla Elçibəyin Bakıda üz-üzə görüşü – TARİXİ VİDEO

Çağdaş Türkiyə siyasətinin əfsanəvi isimlərindən, dövrün Rifah Partiyasının sədri, mərhum Nəciməddn Ərbakan 1992-ci ilə böyük bir heyətlə Bakıya gəlir. Ərbakan və heyəti Bakıda Azərbaycan prezidenti Əbülfəz Elçibəy tərəfindən qəbul edilir.
Azərbaycan-Türkiyə münasibətlərinin, bütövlükdə İslam dünyasının problemlərinin açıq şəkildə müzakirə edildiyi görüşdə Ərbakanın yanında – müavini Rəcəb Tayyib Ərdoğan əyləşib (Açıq mavi rəngli kostyumda).
Uzun  sürən, bütün mətləblərin açıq danışıldığı görüşün sonunda heyətin adından Əbülfəz Elçibəyə hədiyyələrin verilməsinə keçilir. Bu zaman Ərbakan yanında oturan müavininə – Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana işarə edir. Ərdoğan Elçibəy üçün məxsusi olaraq gətirilmiş hədiyyələri təqdim edir. Hədiyyələrdən birinin “Qurani-Kərim” olduğu anlaşılır. (Turkustan.info)

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …

Bir cavab yazın