Ana səhifə / Cəmiyyət / Ən yüksək bal toplayanların FOTOLARI

Ən yüksək bal toplayanların FOTOLARI

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. IV ixtisas qrupunda isə ikinci mərhələdə maksimum nəticə qeydə alınmayıb.

Bakı şəhər 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Əbdürrəhman Kazımov

Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Leyla Eynullazadə

Biləsuvar şəhər internat orta məktəbinin məzunu Aysel Rəhimli

İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunu Aydınov Aydın Simran oğlu

Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Elnur Mərdiyev

Bakı şəhəri 258 nömrəli məktəbin məzunu Fərid Quliyev

Bakı şəhəri 53 nömrəli məktəbin yetirməsi Aslanlı Zakir Zaur oğlu

Qəbələ şəhər 1 saylı orta məktəbin məzunu Natiq Məmmədov

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbinin məzunu göstərib. Bu, Ağazadə Nigar Əhədulla qızıdır.

Həmçinin oxuyun

General-mayor rütbəsi alanlar kimlərdir? — FOTOLAR

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi …