Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Ən qürurlu, ən xoşbəxt günləri yaşayırıq… – Saleh Məmmədov

Ən qürurlu, ən xoşbəxt günləri yaşayırıq… – Saleh Məmmədov

Torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, eyni zamanda 9 noyabr Bayraq günüdür. Bu bayraq bütün Azərbaycan torpaqlarında asılır artıq. Bu münasibətlə ilk növbədə Ali Baş Komandan – hörmətli İlham Əliyevi, onun yaratdığı möhtəşəm ordunu və bütün Azərbaycan xalqını  təbrik edir, dərin minnətdarlığımı bildirirəm.
Onu da qeyd etmək istəyirəm ki, bu möhtəşəm qürurlu gün yalnız dünya Azərbaycanlılarının istinad-qürur mənbəyi, musiqi və mədəniyyət mərkəzi olan  olan
Şuşa kimi gözəllik məskəninin düz 28 il yarım quldur əsirliyindən azad olunmasına görə deyil: bu, əlbəttə çox böyük amildir, amma bundan da daha ciddi və daha əhəmiyyətli proseslərə görə olmasını çalışacam konkret faktlarla əsaslandırım:
1. Azərbaycan xalqı  fərdi nöqteyi-nəzərindən güclü və bacarıqlı xalqdır. Amma təəssüflər olsun ki, hər zaman maraqların uyğunlaşmaması səbəbindən param-parça olmuşdu: xanlıqlar,  bəyliklər, müxtəlif dövlətlər, regionlar, bölgələr və s. Düşmən daim bu zəif damarından istifadə edərək bu xalqı parçalamış və üzərində hökm sürmüşdü. Tarixini yaxşı öyrəndiyim 2000 illik bizim eramızda ilk müstəsnalığı məhz bu gün tam gücü ilə hiss etdim.  İnsanlara  kimliyindən, milliyyətindən, irqindən asılı olmayaraq  ümumi kütlə psixologiyası xasdır. Bu xalq heç vaxt birləşdirici liderə sahib ola bilməmişdi və buna görə də  daimi parçalanmış, parçalandıqca zəifləmiş, zəiflədikcə çox şeyi itirmişdi. Lakin bu gün nəinki yalnız Azərbaycan Respublikasının, həmçinin 50 milyondan çox dünya Azərbaycanlılarının hamısının etimadını qazanan, xalqla bərabər, xalqı yönəldən İlham Əliyev kimi bir lider, ümummilli rəhbər, Ali baş komandan, bir sərkərdə var…  Müharibənin başlanmasının üçüncü günü çox sevinmişdim, çünki, hər zaman fikir elədiyim, son vaxtlar hətta ümidimin üzülməyə doğru getdiyi vaxtda ortaya  belə super modern texnologiya, rəqəmsal sistemlərlə silahlanmış, manevrli, cəsur, qorxmaz ordunun çıxarılması məndə ölkənin gələcəyinə tam əminlik yaratdı: Məni artıq heç bir düşmən qorxutmurdu, işğalda olan torpaqlardan da tam arxayınlıq keçirdim, belə ordunun, belə liderin  vətəni, bir qarış torpağının da işğalda qalma ehtimalının sıfıra bərabər olduğunu özümdə dəqiqləşdirdim.
2. Hörmətli Ali Baş Komandan  uzun müddət  səbrlə, təmkinlə, bu terroristlər tərəfindən hər cür əclaflıqlara dözərək, daxildən hər cür təzyiqi, təhnizi qəbul eləyərək ali məqsədə doğru  yavaş-yavaş, addım-addım  irəlilədi. Əvvəla, hər problemin əsası olan güclü maliyyə rezervləri yaratdı. Bu gün Azərbaycan maliyyə rezervlərinin nisbi göstəricilərinə görə dünyada iki ölkədən biridir. Azərbaycan bu rezervlər hesabına Ermənistan kimi terrorist ölkə ilə 20 il başa-baş müharibə aparmaq imkanına sahibdir. Azərbaycan Ermənistanın 80 illik hərbi büdcəsi qədər valyuta rezervləri var, bizim ölkənin bu rezervlərdən illik qazancı Ermənistanın illik büdcəsindən və ya illik ixracatından xeyli çoxdur. Deməli hətta bu rezervlərə toxunmadan onun faizləri hesabına Ermənistanla müharibə apara bilərik.
3. Böyük və yenilməz Azərbaycan lideri yorulmadan hər sahədə eyni güclə çalışaraq beynəlxalq hazırlığa ciddi fikir verirdi. Əsl müasir Avropa soyuqqanlılığı ilə Şərq təmkinliiliyini birləşdirərək, bütün ölkələrlə dostluq münasibətləri qurmaq yolunu seçərək, dağıdıcı təsirə malik ağır ölkələrlə sadəcə neytrallaşdırmaq yolunu tutdu. Dünya təbiət nəzəriyyəsində dağıdıcı təsirə malik təbii güclərin dağıdıcı enerjisini faydalı enerjiyə çevirmək üzrə işlər gedirsə, cəmiyyət nəzəriyyəsində dağıdıcı siyasi enerjiləri də faydalı enerjiyə çevirmək uğurunda mübarizə məharətlə yerinə yetirilirdi. Şimal və Cənub qonşularımız kimi ağır güclərin neytrallaşdırılması və bunların hər birinin Azərbaycana kömək etməsi yalnız və yalnız belə incə, düşünülmüş və mində bir dəqiqliklə hesablanmış riyazi siyasətin nəticəsidir. Bunun üçün hər cür mümkün üsullardan istifadə edildi. Rus dilinin istifadəsinə qarşı çıxan, Fransanın mədəniyyət obyektlərinin təmirinə, qonşu ölkələrdə kilsələrin qazla təminatına qarşı çıxan siyasət qəhrəmanları yəqin ki, indi hər şeyi başa düşmüş olarlar…
Qoşulmayan ölkələrin ittifaqının yaradılması  beynəlxalq siyasətin kulminasiya nöqtəsi idi. Azərbaycan adında ölkənin bu gün Ermənistandan başqa düşməni yoxdur. Bu böyük, düşünülmüş, ən incə detallara qədər modelləşdirilmiş siyasətin nəticəsidir. Yaxşı siyasətçinin ən vacib görəcəyi iş dost qazanmaqdır. Bu görülən çoxşaxəli beynəlxalq işlərin və daxili milli siyasi tədbirlərin  heç biri 43 günlük müharıbə ərzində nəticəsiz ötüşmədi, bunun nəticəsidir ki, Azərbaycan xalqı bütün millətləri ilə bərabər öz lideri ətrafında  yumruq kimi birləşdi, bütün millətlər doğma vətəninin müdafiəsinə qalxdılar, Azərbaycandan kənarda dövlətləri olan vətəndaşlarımız öz dövlətlərinə təzyiqi artırdılar, onların anti fəaliyyətlərini neytrallaşdırdılar. İki minillik tarixində heç bir Azərbaycan lideri bu qədər dəstəyə malik olmamışdı. Həmçinin iri dövlətlərin böyük investisiyalarının ölkəmizdə yerləşdirilməsi siyasəti nəhəng gücləri bizim tərəfdaşımıza çevirdi.
4. Hərbi müttəfiqliyə əsasən üç ölkə seçilmişdi: Türkiyə, İsrail və Pakistan. Türkiyə – qardaş ölkə, dünyada ən mobil, operativ orduya malik NATO üzvü, NATO-nun ikinci ən böyük ordusuna malik bir dövlətdir. Türkiyə həm də sivil dünyanı analoji terror və hücumlardan qoruyan bir səddir.  Amma qardaşla da münasibətlərin qurulması ağıl bacarıq tələb edir. Yuxarıda qeyd etmişdim ki, tarix boyu Azərbaycanın ən böyük problemi parçalanmaq olub. Mən onu atomun parçalanması reaksiyasına bənzətmişdim.  Amma Azərbaycanın liderinin Türkiyə siyasəti də çox incə düşünülmüş prinsiplər əsasında qurulmuş, bütün tarix boyu Türkiyə Azərbaycan qardaşlığı ən gözəl səviyyəyə yüksəlmişdir. İsrail dünyanın ən modern və rəqəmsal silahlanmış, dünyanın ən yeni silahlarının müəllif-sahibi, nüvə silahına malik çox yaxın dost və qardaş ölkədir. İsrail həm də dünya hərb elminin əsas mərkəzi kimi qiymətləndirilir. ABŞ, Avropa, Rusiya kimi hərbi sənaye ölkələrində başlıca elmi ixtiraçıların böyük əksəriyyəti İsrai kökənli alimlərdi. Pakistan isə bu qrupda nüvə silahına malik ən böyük müsəlman ölkərindən biridir. Hər üç ölkə bütün müharibə ərəfəsində hər an  ali baş komandanın yanında və hər cür dəstək verməyə hazır olmuşdular. Bunun nəticəsidir ki, Rus və erməni ordusunun tandemi ilə 6 il ərzində işğal olunmuş torpaqlar təxminən iki aya işğaldan azad olmaq üzrədir.
5. Dünyada üç ölkə tanıyıram ki, müstəmləkə rejimindən qurtarıb qısa zaman içərisində öz müstəmləkəçilərindən daha qüdrətli ölkəyə çevriliblər: həm iqtisadi, həm hərbi və həm də siyasi güc etibarı ilə. Bunlar İsrail, Cənubi Koreya və Sinqapurdur: hər üç ölkə müstəmləkəçi ölkələrdən indi xeyli daha böyük gücə malikdir və müstəmləkəçi ölkələrdən fərqli olaraq dünyanın 38 inkişaf etmiş ölkələri sırasına daxil olub. Bu müharibədən sonra tam əminəm ki, Azərbaycan qısa zaman içərisində bu siyahada dördüncü ölkə olacaq. Bunu Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi problemlərinin hər tərəfli tədqiqatçısı kimi təsdiq edirəm. Bu məqsədə nail olmaq üçün Azərbaycanın hazırkı start çəraiti yuxarıda adları çəkilən ölkələrin hər üçünün toplam  start şəraiti göstəricilərindən  dəfələrlə çoxdur və daha əlverişlidir.
6. İnkişaf etmiş ölkə statusu yalnız iqtisadi göstəricilərdən ibarət deyil, bu həm də siyasi, mənəvi, hərbi güc göstəricilərini və müasir dünya idarəetmə sistemində ölkənin aktiv rolunu və məsuliyyətini ehtiva edir. İndiyə qədər dünya idarəetmə sistemində sərhədlərin toxunulmazlığı konvensiyaları və qaydalarının pozulması üzrə (ən incə və təhlükəli sahə) üç kobud hadisə baş verib (İraqın Küveyti ilhaq etməsi, Rusiyanın Krımı ilhaq etməsi – həm də dolayı yolla Gürcüstanın iki bölgəsini və Moldovanın bir bölgəsini dolayı yolla izolyasiya etməsi və nəhayət, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi). Bu hadisələrin hamısının qarşısının alınması BMT ilə birlikdə  İEÖ-lərin üzərinə düşür. İraqın prezidenti Səddam Hüseyn bu hadisəyə görə asıldı, sərhədlər bərpa olundu. Dünya ictimaiyyətinə bu 60 milyard dollara başa gəldi, dolayı məsrəflər, zərərlər  və qaçırılmış gəlirlərlə birlikdə cəmi xərclər isə 1 trilyon dollara yaxınlaşır. Rusiyanın sərhədləri zorla dəyişdirməsi cəhdi də dünya ictimaiyyətinə az qala  1 trilyon dollar zərər vurdu, Rusiya özü isə cəmiyyətdən izolyasiya oldu və ağır sanksiyalara məruz qaldı, sərhədlər bərpa olunana qədər bu sanksiyalar davam edəcək. Üçüncü hadisə, Ermənistanın işğal torpaqlarından qovulması isə  BMT-nin, bir çox inkişaf etmiş ölkələrin, işğalçı ölkə daxil bütün dünya ölkələri tərəfindən tanınması və tələb olunmasına baxmayaraq işğal olunmuş ölkə – Azərbaycanın özü tərəfindən və dünyadan heç bir məsrəf tələb etmədən təmin olundu. Səddam kimi, Ermənistan rəhbərlərinin (keçmişlər və indikilər)  asılması indi İEÖ-rin üzərinə düşən ən vacib vəzifədi. Çünki dünya miqyasında sərhədlərin zorla dəyişdirilməsi adət halına gəlsə Yer kürəsində daş üstə daş qalmayacaq. Bu proseslər Azərbaycan ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyev və bu sahədəki onun köməkçiləri tərəfindən dəqiqliklə idarə olundu. Bu qədər çıxışlarda, reportajlarda, intervülərdə bir dəfə də olsun beynəlxalq konvensiya və qaydaların bir maddəsi də olsa pozulmadı, çərçivədən kənara çıxılmadı, bütün detallar dünya ictimaiyyətinə və xüsusilə İEÖ əhalisinə anladıldı. Son dörd ay ərzində yalnız prezident tərəfindən dünya ictimaiyyətinə Azərbaycan haqqında ötürülən obyektiv informasiyanın həcmi son yüz ildən daha çox və daha səmərəli oldu. Artıq bundan sonra dünyada analoji pozuntular zamanı Azərbaycan prezidentinin və Azərbaycan ordusunun köməyinə ciddi ehtiyac yaranacaq. Bu təcrübə indi də ən ali hərbi qurumlar tərəfindən yüksək qiymətləndirilir və müzakirə olunur.Dərin hörmətlə  professor, iqtisad elmləri doktoru      Saleh Məmmədov  

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …