Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Ən etibarlı avtomobillərin adları açıqlanıb – SİYAHI

Ən etibarlı avtomobillərin adları açıqlanıb – SİYAHI

“Toyota” konserninin avtomobilləri dünyanın ən etibarlı avtomobilləri adına laiq görülüb.
Müvafiq reytinqi ABŞ-ın “CarMD” şirklətinin ekspertləri dərc edib.
Mütəxəssislər son 22 ildə istehsal olunan 5,6 milyon avtomobilin göstəricilərini analiz ediblər və hər marka üzrə mühərrikdə yaşanan probləmləri nəzərdən keçiriblər. Nəticə etibarilə, “Toyota” mühərrikləri ən yaxşı nəticə göstərib və ən “dözümlü” adına layiq görülüblər.
Reytinqdə ikinci yeri “Acura”, üçüncü yeri isə “Hyundai” tutub. İlk beşliyə həmçinin “Honda” və “Mitsubishi” avtomobilləri də daxil olub. Ekspertlər həmçinin “Subaru”, Buick”, “Mercedes-Benz”, “Lexus” və “Nissan” avtomobilərini də qeyd ediblər.(Trend)

Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …