Bazar ertəsi , Avqust 2 2021
Ana səhifə / Cəmiyyət / Ən çox məhbusun əfv olunduğu həbsxanadan – VİDEOREPORTAJ

Ən çox məhbusun əfv olunduğu həbsxanadan – VİDEOREPORTAJ

Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində də icra olunub.

“Report” xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsindən 49 nəfər, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 4 nəfər, Penitensiar Xidmətin Müalicə müəssisəsindən 3 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən isə 7 nəfər məhkuma arayışlar təqdim olunaraq azadlığa buraxılıb.

Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, 6 saylı cəzaçəkmə müəssisəsi ən çox məhbusun əfv olunduğu həbsxanadır.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub. (report)

AzNews.az

Həmçinin oxuyun

Rasim Balayev Kino Günündən danışdı: “Köhnə sənətkarlar öldü, yeniləri yetişmədi“

Bu gün Azərbaycan kinosunun yarandığı gündür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli …