Cümə , Oktyabr 18 2019
Ana səhifə / Cəmiyyət / “Ən böyük arzum ölməməkdir” – Ramiz Əzizbəyli

“Ən böyük arzum ölməməkdir” – Ramiz Əzizbəyli

“Gecə heç yatıram. Yuxum ərşə çəkilib. 9 aydır yataqdayam, ayağım kəsilib”.

Bu sözləri xalq artisti Ramiz Əzizbəyli “Hər şey daxil” verilişinə açıqlamasında deyib.  Verilişin əməkdaşları xalq artistinin evindən canlı yayım edib. 

Səhhətində problem olan aktyor artıq 9 aydır, yataqda olduğunu söyləyib: “9 aydır, ayağım kəsilib. Onu göstərmək lazım deyil. Hərəkətsizəm, yeməyi də yedizdirirlər. Mənə kaşa yedirirlər. Qızım mənə baxır, çox sağ olsun. Sənət dostlarım da gəlib baş çəkir”.

R.Əzizbəyli “Əz böyük arzunuz nədir” sualına “Ölməmək, hələ çox yaşamaqdır” cavabını verib.

O, evinin vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təmir olduğunu da vurğulayıb. Musavat.com 

Həmçinin oxuyun

Abel Məhərrəmovun vəfat edən kürəkəninin yerinə təyinat olub

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə …