Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət /  Əmlak Məsələləri Dövlət Komitəsi ucuz qiymətə maşın satır

 Əmlak Məsələləri Dövlət Komitəsi ucuz qiymətə maşın satır

Azərbaycanın avtomobil satışı bazarında ucuzlaşma müşahidə olunur.

Yay aylarında maşın bazarında durğunluq yaranıb, qiymətlərin aşağı düşməsi davam edir.

Avtomobil satıcıları alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar endirim etməli olublar. Sentyabrda maşın bazarında daha da ucuzlaşma olacağı proqnozlaşdırılır. Hazırda 7-8 min manat dəyəri olan avtomobili 6300-6500 dollara əldə etmək olar.

Ucuzlaşma 700-800 manat civarında dəyişir. İyulun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. Hərraca istehsal ili 1997-ci ildən 2007-ci ilə qədər olan 17 nəqliyyat vasitəsi çıxarılacaq.

Avtomobillərin qiyməti 1497 manatdan 3471 manata qədər dəyişir. 8-ci sətirdəki “Nissan Sunny” təkrar, 17-ci sətirdəki “Daewoo Leganza” 4-cü dəfə, 25% endirimlə hərraca çıxarılır. Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə iyulun 11-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.

S/N:  Markası: Buraxılış ili: Start qiyməti:

(manatla) 10 % beh

 

1 Nissan Maxima 2003 3389 339
2 Nissan Maxima 2003 3120 312
3 Nissan Maxima 2004 3471 347
4 Nissan Sunny 2006 2978 298
5 Nissan Sunny 2006 2978 298
6 Nissan Sunny 2006 2978 298
7 Nissan Sunny 2006 2978 298
8 Nissan Sunny 2007 2100 210
9 VAZ-21214 2006 1497 150
10 Chery Eastar 2007 2458 246
11 Chery Eastar 2007 2458 246
12 Chery A520 Fora 2007 2119 212
13 Chery A520 Fora 2007 2102 210
14 Volkswagen Passat 1998 2500 250
15 Tofaş Qartal 1997 1800 180
16 UAZ-31516 2002 1535 154
17 Daewoo Leganza 1998 1690 169

 

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın