Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Əmlak Məsələləri Dövlət Komitəsi torpaq bazarının təşkilinə aid Forum keçirir

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq bazarının təşkilinə aid Forum keçirir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 avqust 2015-ci il tarixində, saat 10:30-da Bakı şəhərində “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda İşgüzar Forum keçiriləcək.
Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Bakı şəhəri və rayon icra hakimiyyətlərinin rəhbər vəzifəli işçiləri, bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak edəcəklər.
Tədbirin məqsədi Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsindən irəli gələrək dövlət torpaqlarının mühafizəsinə vahid mərkəzdən dövlət nəzarətinin həyata keçirilməsi, belə torpaqlarından qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərin, habelə torpaq müfəttişlərinin fəaliyyəti barədə tədbirlərin açıqlanmasıdır. Eyni zamanda torpaq münasibətlərinin vahid mərkəzdən dövlət tənzimlənməsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələrinin 14 avqust 2015-ci il tarixində saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Elmlər Akademiyası metro stansiyasının arxası) olmaları xahiş edilir.
Əlaqə telefonu: (012) 490 24 08 (dax.157), (050) 235 30 33

Əmlak Məsələləri Dövlət Komitəsi,
İctimaiyyətlə əlaqələr və protokol şöbəsi

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın