Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Cəmiyyət / Əməkdar artist 28 ildən sonra Qubadlıda oğlunun məzarı başında – FOTO

Əməkdar artist 28 ildən sonra Qubadlıda oğlunun məzarı başında – FOTO

Tanınmış qiraətçi, əməkdar artist Ağalar Bayramov işğaldan azad edilən Qubadlıda oğlunun məzarını ziyarət edib.

BAKU.WS xəbər verir ki, bu barədə əməkdar artist özü sosial şəbəkədə paylaşım edib. 

Ağalar Bayramov paylaşımda bunları yazıb: 

“Dur, oğlum, dur, dur, “namərd” atan 28 ildən sonra görüşünə gəlib, dur, səsimə səs ver, Şəhriyar.. Sənə görə 3 min şəhid balalarımız canından keçib… Dillənsənə….Bilirəm, incimisən… Məzar daşına əl uzadan qarı düşmən, sənin məsum baxışlarından utanmadı.. Nələr çəkdi bu əlacsız, biçarə atan bu illərdə, oğul…

Allah bu günə çox şükür! 03 may 1991- 30.01.2021″.

Əməkdar artist 28 ildən sonra Qubadlıda oğlunun məzarı başında - VİDEO

Həmçinin oxuyun

Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi

AMEA Tarix institutunda həyata keçirilən ümumi islahatların tərkib hissəsi kimi institutun mövcud mülkiyyətindən səmərəli istifadə …