Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Cəmiyyət / “Əllərimi Tanrıya, üzümü Günəşə tutaraq…” – Bahar Muradova

“Əllərimi Tanrıya, üzümü Günəşə tutaraq…” – Bahar Muradova

Uşaqlığımın ən məhrəm anları, hec zaman korşalmayan duyğularım, ən gözəl arzularım məhz yazla, Novruzla bağlıdır. Əminəm ki, əksər soydaşlarımızın da Milli Bayramımızla bağlı hec bir vaxt unudulmayan xatirələri var.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun fikrincə, özü ilə saflıq və təmizlik gətirən, ruhumuzu bir parcası olduğumuz təbiətlə həmahəng yeniləyən, bizi yeni, daha vacib başlangıclara kökləyən gözəl bahar hər birimizin qəlbində yaz günəşinin zərrələri tək parlaq, ilıq duyğular oyadır: “Daha aydın sabahlara, daha gözəl gələcəyə ümidlər yaradır. Gözlərimizi gözəlliyə daha geniş acmağa, pislikləri dupduru axarlarda axıtmağa, qorxularımızı qovmağa, ağırlıqlarımızı gur tonqallarda yandırmağa, saflaşmağa, durulaşmağa vadar edir”.

Komitə sədrinə görə, Novruzun gəlişi hər kəsdə doğmalarına sevgi və sayğı, möhtaclara qayğı və mərhəmət göstərməyə həvəs və istək oyadır: “Həyat sanki bizi yeni güc və daha böyük inamla öz taleyimizə sahib cıxmağa cağırır. Bu yaz mən bu cağırışı daha aydın eşidir, daha böyük əminliklə buna hərtərəfli nail olacağımıza inanıram! Odur ki, əllərimi Tanrıya, üzümü Günəşə tutaraq: “Bütövləşən yurduma xoş gəldin, Bahar”, deyirəm!”. Teleqraf.com

Həmçinin oxuyun

Peyvənd olunmayanları cəza gözləyir? – Açıqlama

“Vaksinasiya insanların könüllü və şüurlu şəkildə, öz sağlamlığına münasibətini göstərən tibbi addımlardan biridir. Vaksinasiyanı hansısa …