Şənbə , İyul 31 2021
Ana səhifə / Cəmiyyət / Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb. 

Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor Mais Bərxudarov da var.

Əliyar Əliyev həm də tanınmış idmançı olub. Yunan-roma güləşi ilə məşğul olan Milli Qəhrəman Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, doğulduğu Qubadlı rayonunun Qazyan kəndinə qayıdır, qəsəbə orta məktəbində müəllim, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib.

General-mayor Mais Bərxudarov da onun tələbələrindən olub. Oxuculara təqdim etdiyimiz foto məşq zalında çəkilib.

Əliyar Əliyev və Mais Bərxudarovun - FOTOSU

Həmçinin oxuyun

Prezident Flora Kərimova ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama …